Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Azərbaycanda iki nəfər pnevmoniyadan öldü – RƏSMİ MƏLUMAT

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb. Boyukmillet.com Oxu.Az-a istinadən xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb. Xəstələrdən biri – 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün …

Read More »

Daha 6 ölkədə koronavirusa yoluxma halları artdı

Koronavirus bütün dünyada tüğyan edir və daha 6 ölkədə yoluxma halları artıb.  Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiya, Danimarka, Belarus, Tailand, Maldiv və Cənubi Afrika Respublikasında (CAR) koronavirusa yoluxma hallarının sayında artım müşahidə edilib. Məlumata görə, virusa yoluxanların sayı Finlandiyada 43, Danimarkada 340, Belarusda 12, Tailandda 59, Maldivdə 8, CAR-da isə 13-ə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda …

Read More »

Müxaliflər geri çəkildi: “Rus bazası türk ordusunun hədəfindədir” – İdlibdə son durum

“Suriyada atəşkəs rejiminə əməl edilir. Bu, Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün nəticəsidir”. Bunu rusiyalı hərbi ekspert Viktor Muraxovski deyib. Muraxovskinin sözlərinə görə, Suriyadakı vəziyyəti sakit saymaq olar, tərəflər atəşkəs anlaşmasına əməl edir: “Nə Türkiyə, nə Suriya bölmələri, nə də Rusiya hava qüvvələri silaha əl atır. Son gün ərzində 3 hadisə qeydə alınıb. …

Read More »

İlham Əliyev hansı deputatlara xəbərdarlıq etdi? – Oliqarx ola bilməyəcəklər

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında deputatların artıq bu statusdan şəxsi maraqları üçün istifadə edə bilməyəcəklərinin anonsunu verib.  “Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya …

Read More »

Saakaşvili mənə vəd vermişdi, amma… – Putindən şok AÇIQLAMA

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziya məsələlərini güc yoluyla həll etməyəcəyinə dair mənə söz versə də, buna əməl etmədi. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz onunla bu məsələ ilə bağlı prezident olanda çox söhbət etmişik. Mən ondan Cənubi Osetiya və Abxaziya məsələsini güc yoluyla həll etməməyini istədim və o, bunu heç vaxt etməyəcəyi vədini verdi. Bu vədinə …

Read More »

“Bu, vandalizm aktıdır” – Deputatdan etiraz

“2016-cı ildə Belçikanın Vaterlo şəhərində ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə ucaldılan abidəyə qarşı vandalizmin törədilməsi erməni vəhşiliyinin növbəti bariz nümunəsidir”.  Boyukmillet.com bildirir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Qarabağdakı maddi mədəniyyət abidələrimizi dağıdan ermənilər eyni hərəkətləri dünyanın müxtəlif ölkələrində davam etdirirlər. “Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni yalanlarının ifşa olunması və vəhşiliyinin …

Read More »

4 dairədə təkrar seçki gözləntisi: “Vaxtı prezident müəyyənləşdirir” – MSK-nın katibi

9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində nəticələri ləğv olunmuş 4 dairədə təkrar seçkilərin keçirilməsi ilə bağlı müəyyənlik yoxdur. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı əsasında nəticələri ləğv edilmiş 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində təkrar seçkilərin nə zaman təyin olunacağı hələ məlum deyil. Boyukmillet.com bildirir ki, bu barədə Yenicag.az-a …

Read More »

POLKOVNİK: Azərbaycan antiterror əməliyyatına başlaya bilər

Ermənistan silahlı qüvvələri hər gün atəşkəsi pozur. Cəbhəninin Qazax istiqamətində atəşkəsin pozulması nəticəsində iki gün ərzində Dövlət Sərhəd Xidmətinin (DSX) iki əsgəri şəhid oldu. Polkovnik Şair Ramaldanov mediaya açıqlamasında bildirib ki, Ermənistan bu provokasiyaları bilərəkdən həyata keçirir: “Ermənistanın Rusiya ilə  sazişi var. Hər hansı üçüncü dövlət ora müdaxilə etsə, Rusiya onların təhlükəsizliyinin qarantıdır. Ermənistan bu provokasiyaları ona görə edir ki,  Azərbaycan …

Read More »

Rusiya SSRİ kimi parçalana bilər – Novak

Neft qiymətlərinin ucuzlaşması Rusiya iqtisadiyyatı üçün böyük zərbə olacaq. Bu sözlər ukraynalı iqtisadçı Andrey Novakın “Unian” saytındakı məqaləsində yer alıb. O, neft bazarındakı situasiyanın Rusiya rublunun 15% ucuzlaşmasına səbəb olduğunu söyləyib: “Rusiya iqtisadiyyatı üçün yaranan situasiya fəlakətlidir. Bu, 1991-ci ili xatırladır. Bu tarixdə Fars körfəzi hadisələri ucbatından qiymət çöküşü yaşanmışdı. 1991-ci il SSRİ-nin parçalanması ili oldu. Oxşar situasiya indi də …

Read More »

ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq? – Nazir şərtləri açıqladı

Türkiyə “S-400” zenit raket komplekslərini Rusiyaya geri qaytarmadığı müddətcə, ABŞ ona “Patriot” hava hücumundan müdafiə sistemləri satmayacaq. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb. Nazirliyin mətbuat katibi Conatan Hoffman media nümayəndələrinin suallarını cavablandırarkən Türkiyənin tələbi ilə bağlı bunları deyib: “Müdafiə naziri Mark Esperin məsələ ilə bağlı mövqeyi bəllidir. Türkiyə “S-400”ləri geri vermədiyi müddətdə “Patriot”a sahib ola bilməz”. Qeyd edək …

Read More »