Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2020

Naxçıvan Ali Məclisinə sədr seçildi

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, toplantıda təşkilati məsələlərə baxılıb.  Sessiyanın gündəliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələlər olub. Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib. 

Read More »

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

“İran Azərbaycanla sərhəd olduğundan çox sayda insan gediş-gəliş edir. Ona görə də tövsiyə edərdim ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər”. Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən …

Read More »

İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.  Boyukmillet.com-un məlumatına görə, sərəncam Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədi daşıyır.  Sərəncamda bildirilir ki, Olimpiya Oyunları dünyanın bütün …

Read More »

Hikmət Hacıyev: “Azərbaycan Prezidentinin İtaliyaya səfəri məhsuldar oldu”

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri rəsmi Bakı ilə Roma arasındakı dövlətlərarası münasibətlərdə xüsusi rol oynayır. Bu səfər ölkələrimiz arasında strateji əlaqələrin keyfiyyətcə yeni səviyyəsi ilə xarakterizə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, səfər səmərəli olub: “Hər iki ölkə, strateji tərəfdaşlar …

Read More »

Gəncədə Xocalı sakinləri üçün tibbi müayinələr keçirilib

Boyukmillet.com-a verilən məlumata görə Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbə-2-də yaşayan, əsasən Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi tibbi müayinələrdən kecirilib. Tədbirə hazırlıq məqsədilə öncədən Şəhər İcra Hakimiyyətinin və aidiyyəti tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə xüsusi müşavirə keçirilib. Yerli televiziya kanallarında “qaçan sətirlərlə” mütəmadi elanlar verilb, Yeni qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılıb. Hazırda …

Read More »

Gəncədə iməcilik aksiyası keçirilib

Boyukmillet.com-un məlumatına görə Gəncə şəhər Heydər Əliyev və Nizami prospektlərində, habelə Hava Limanına gedən yolun kənarlarında iməcilik aksiyası keçirilib. İməcilikdə Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat işçiləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivi yaxından iştirak ediblər. Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kolları əkilib, 15 min kvadrat metr əraziyə isə qazon səpilib. Bununla yanaşı ərazilər …

Read More »

Ən çox və ən az bu dairələrin məntəqələrinin nəticəsi etibarsız sayılıb – SİYAHI

Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi ən çox və ən az etibarsız sayılan məntəqələrin aid olduğu dairələrin adları məlum olub. Boyukmillet.com xəbər verir ki, bu günədək Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq qərarı ilə ən çox Səbinə Xasayevanın lideri olduğu 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin, Fəzail Ağamalının lideri olduğu 60 saylı Salyan-Neftçala seçki dairəsinin və İmamverdi İsmayılovun lideri olduğu Zəngilan-Qubadlı seçki …

Read More »

Xocalı faciəsi ilə bağlı yeni – VİDEOÇARX

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı faciəsi ilə bağlı yeni videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, fərqli tərtibatda hazırlanan çarxda Xocalı qurbanlarının üzləşdiyi faciə səhnələşdirilmiş şəkildə canlandırılır, eləcə də faciənin miqyası barədə faktlar təqdim olunur.

Read More »

Azərbaycan əsgəri şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.  Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.  2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı …

Read More »

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib

“Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub. “Dövlət bu …

Read More »