Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki günü 76 saylı Lənkəran-Astara seçki dairəsində müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan videodan danışıb. Boyukmillet.com-un xəbərinə görə, MSK sədri bildirib ki, digər xanım müşahidəçiyə onu çəkməməsi barədə xəbərdarlıq edir: “Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət …
Read More »Yearly Archives: 2020
Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil …
Read More »İranla sərhəd bağlandı – Koronavirus təhlükəsi
İraqın Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb. Boyukmillet.com xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib. Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər. Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.
Read More »İdmançımız Dünya Kubokunu qazanmaqla paralimpiya oyunlarında iştirak şansını artırdı
Azərbaycan para-pauerliftinqçisi Pərvin Məmmədov İngiltərənin Mançester şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Boyukmillet..com un məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən idmançı 146 kq nəticə ilə qalib olub. Bu, Məmmədovun Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını da artırıb. Qeyd edək ki, fevralın 22-də digər para-pauerliftinqçi Şamo Aslanov mübarizə aparacaq.
Read More »Astarada 1 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 1 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin …
Read More »Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib. E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib. Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. …
Read More »Bakıda kişi və qadın qonaq getdikləri evdə öldü
Bakıda kişi və qadın dəm qazından zəhərlənərək ölüb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb. 1961-ci il təvəllüdlü Natiq Cavadov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri evin hamamında birlikdə çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin …
Read More »Bakıda qoca kişinin mənzilindən 1500 manat oğurlandı
Bakıda 82 yaşlı kişinin evindən oğurluq edən şəxs saxlanılıb. Boyukmillet.com-un xəbərinə görə, hadisə fevralın 18-də, paytaxtın Nərimanov rayonu, “Azadlıq” prospekti əzisində qeydə alınıb. Belə ki, naməlum şəxs 1938-ci il təvəllüdlü O.Şerbakovun mənzilindən onun fikrini yayındıraraq, içərisində 1500 manat olan pulqabını oğurlayıb. Daha sonra O.Şerbakov Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi …
Read More »Azərbaycan millisinin sabiq baş məşqçisi Albaniya klubunda işləyəcək
Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Bülent Karslıoğlunun yeni iş yeri bəlli olub. Boyukmillet.com “Sporx”ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Albaniyanın “Partizani” komandasına rəhbərlik edəcək. Türkiyəli məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, Bülent Karslıoğlu “Azərreyl” və “İqtisadçı” klublarına da rəhbərlik edib. O, “Azərreyl”lə ölkə çempionatının qalibi olub.
Read More »Ermənistan silahlı bölmələri atəşkəs rejimini yenə pozdu
Boyukmillet.com xəbər verir ki Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar