Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən Ukraynanın Xarkov və Sumı şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcək. Bu haqda məlumatı Boyukmillet.com saytına Respublikamızın Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov bildirib. O, açıqlamasında hər il olduğu kimi bu ildə Xocalı soyqrımının il dönümü ərəfəsində Xarkov və Sumı şəhərlərində anım tədbirlərinin keçiriləcəyini deyib.Əfqan Salmanov qeyd edib ki, geniş tərkibli keçiriləcək tədbirlərdə …
Read More »Yearly Archives: 2020
Qənimət Zahidlə İlqar Məmmədov arasında qalmaqal: “Sənin başın xarab olub?!”
Bu ilin yanvar ayında Strasburqa səfər edən REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı maraqlı detal üzə çıxıb. Həmin vaxt Strasburqda olan azərbaycanlı şahidlərdən birinin dediyinə görə, səfər zamanı İ.Məmmədov Fransada yaşayan jurnalist Qənimət Zahidlə görüşüb. Görüş Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında olub və təsadüfən baş tutub. Amma bu “görüş” hər hansı əməkdaşlıq məsələləri ilə bağlı deyil, İ.Məmmədovun Q.Zahidə iradları …
Read More »İlham Əliyevin Almaniyaya səfəri başlayıb
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
Read More »Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Qarabağ məsələsini birtərəfli fəaliyyətlə həll etmək mümkün deyil. Əgər hansısa Ermənistan hakimiyyəti birtərəfli addımlar atsa belə, bu, problemi həll etməyəcək, onu daha da dərinləşdirəcək. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxışı zamanı deyib. Paşinyan çıxışı zamanı guya yenilik edərək, Qarabağ məsələsində ərazi iddialarının gündəmə gətirilməməsi gərəkdiyini bildirib: “Azərbaycanda ərazilər haqqında danışmağı çox sevirlər, amma …
Read More »Azərbaycan bu məhsulun idxalını dayandırır?
Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etməyə qadirdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib. Onun sözlərinə görə, bu sahədə bəzi problemlər aradan qaldırılandan sonra Azərbaycan xaricdən kartof idxal etməyi dayandıracaq: “Bu gün Azərbaycanda kartof istehsalı həm daxili, həm də xarici tələbatı ödəmək iqtidarındadır. Bu gün …
Read More »“Seçicilərim zəng edib ağlayırdılar” – Çingiz Qənizadə
“Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrəldilər, hətta ağlayanlar da var”. Boyukmilet.com bildirir ki, bunu Azvision.az -a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib. O bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir: “Dünənə …
Read More »Seçkiləri saxtalaşdıranları nə gözləyir? – Həbs, cərimə…
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər.Boyukmillet.com xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək. Bundan başqa, səsvermə prosesi zamanı qanun pozuntularına, saxtakarlığa yol verənlərin də cəzalandırılması gündəmə gəlib. Təsadüfi deyil ki, …
Read More »“Müəllimlərlə bağlı statuslar məni narahat edir”- Adil Əliyev
“Son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı əxlaqa zidd və təhqiredici statuslar oxuyuram. Bunlar məni narahat etməyə bilməz. Hər birimizin ailəsində, qohum-əqrabasında müəllimlik peşəsində çalışanlar var. Türk dünyasının böyük dövlət xadimi Mustafa Kamal Atatürkün “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır” sözləri nəhəng şəxsiyyətin müəllimə nə qədər dəyər verdiyini göstərirdi” Boyukmillet.com xəbər verir ki, bu fikirləri millət vəkili Adil Əliyev …
Read More »Ötən sutka ərzində Çində 121 nəfər koronavirusdan ölüb
Çində ötən sutka ərzində daha 5090 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 121 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 63 min 932, ölənlərin sayı isə 1381 nəfər çatıb. Boyukmillet.com Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 10 min 109 nəfərə düşüb. İndiyədək 7003 nəfər sağalaraq xəstəxananı tərk edib. Ötən …
Read More »Mətbuat xidmətlərinin rəhbərləri ilə jurnalistlərin gərgin teledebatı – VİDEO
Azərbaycan Dövlət Televiziyasında “Mətbuat xidmətləri və media” mövzusunda maraqlı müzakirə baş tutdub. Telemüzakirədə Təhsil, Ekologiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin mətbuat xidmətlərinin rəhbərləri ilə jurnalistlər Məhəmmədəli Qəribli və Hacıbəy Heydərli oponentlik ediblər. Boyukmillet.com həmin verilişin videosunu təqdim edir. https://www.facebook.com/azinforum.az/videos/583697589153540/?v=583697589153540
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar