Almaniyanın Tehrandakı səfirliyi ölkə prezidenti adından İran rəhbərliyini İslam inqilabının ildönümü ilə əlaqədar təbrik edib. Boyukmillet.com “Welt” qəzetinə istinadən xəbər verir ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə teleqramın səhvən göndərildiyini təsdiqləyib. Qeyd edək ki, 2019-cu ildə Almaniya prezidenti İslam inqilabının 40 illiyi ilə əlaqədar İran rəhbərliyinə “səmimi təbrikləri”ni göndərib və prezident Həsən Ruhaniyə rəsmi Berlinin nüvə sazişinin qorunması üçün əlindən gələni edəcəyini bildirib. Almaniya Yəhudilərin Mərkəzi Şurası Frank-Valter Ştaynmayeri bu …
Read More »Yearly Archives: 2020
“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi – VIDEO
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz”ın əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər. Məlumatda deyilir ki, onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının …
Read More »Rövzət Qasımov: Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya rəsmi şikayət daxil olmayıb
Milli Məclisə seçkilərlə əlaqədar hələlik Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi şikayət daxil olmayıb. Boyukmillet.com xəbər verir ki, bunu fevralın 10-da jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib. R.Qasımov deyib ki, rəsmi şikayət daxil olmasa da, hər hansı hal olan zaman MSK toplanacaq və öz fikrini bildirəcək. Əgər 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı 767 deputatlığa namizəd …
Read More »Azərbaycan Mətbuat Şurası medianın 9 fevral parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini yekunlaşdırıb
Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparıb. Monitorinqdə məqsəd ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünü işıqlandırmalarındakı nəzərəçarpan peşəkarlıq meyllərini qruplaşdırmaqdan, deputatlığa namizədlərin KİV-lərdə öz təbliğat kampaniyalarını aparmaları imkanlarını müəyyənləşdirməkdən ibarətdir. Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. …
Read More »Naxçıvan nümayəndəliyinin rəhbəri İsrail səfiri ilə görüşüb – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrail dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və qarşıda duran bir çox sahədə əməkdaşlıq, turizmin inkişafı, qarşılıqlı səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə səfiri onun müavini xanım …
Read More »Prezident “Azərenerji” ASC-nin “Dübəndi” yarımstansiyanın açılışında iştirak etdi – YENİLƏNİB
Fevralın 10-da Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyanın açılışında iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar enerji sektorunun inkişafında da özünü aydın şəkildə göstərir. …
Read More »Azərbaycanın daha bir güləşçisi ermənini məğlub etdi – YENİLƏNİB
Azərbaycanın daha bir yunan-Roma güləşçisi İtaliyanın paytaxı Romada keçirilən Avropa çempionatında ilk görüşünü keçirib. Boyukmillet.com – un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti Ermənistan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib. 1/8 finalda rəqibini 3:0 hesabı ilə məğlub edən güləşçi 1/4 finala yüksəlib. Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan …
Read More »FHN qanunsuz transformator tikintisinə görə İcra Hakimiyyəti və tikinti şirkətinə xəbərdarlıq etdi
Bakıda çoxmərtəbəli yaşayış binasının qarşısında transformator tikilir. Bu barədə Boyukmillet.com “Rerport”a istinadən həmin binada yaşayan sakinlər bildiriblər. Paytaxtın Xətai rayon, Natiq Əliyev küçəsi, 3e ünvanında yaşayan sakinlərin sözlərinə görə, “Baku Luks” şirkəti çoxmərtəbəli yaşayış binasının qarşısında elektrik yarımstansiyasının tikintisinə başlayıb: “Hazırda bizim yaşadığımız binanın qarşısında şirkət başqa bina tikir. Həmin bina üçün də elektrik yarımstansiyası bizim binanın qarşı tərəfində tikilir. Bu, normativdə …
Read More »Aidə Şirinova ilə bağlı Prezidentə və MSK -ya şikayət olunacaq.
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Aidə Şirinovanın səlahiyyətli nümayəndəsi İlhamə Qəsəbova qanun pozuntuları ilə bağlı Boyukmillet.com-a müraciət ünvanlayıb.Müraciəti olduğu kimi təqdim edirik. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində 9 fevral növbədənkənar parlamentə seçkilər zamanı olduqca saxtakarlıq baş alıb getdi. Bu barədə, 115 qaynar xəttə dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, heç bir nəticə olmadı. 2 saylı məntəqədə məntəqə sədri Təranə …
Read More »İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar