Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Almaniya prezidenti İran rəhbərliyini səhvən təbrik etdi

Almaniyanın Tehrandakı səfirliyi ölkə prezidenti adından İran rəhbərliyini İslam inqilabının ildönümü ilə əlaqədar təbrik edib. 

Boyukmillet.com “Welt” qəzetinə istinadən xəbər verir ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə teleqramın səhvən göndərildiyini təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ildə Almaniya prezidenti İslam inqilabının 40 illiyi ilə əlaqədar İran rəhbərliyinə “səmimi təbrikləri”ni göndərib və prezident Həsən Ruhaniyə rəsmi Berlinin nüvə sazişinin qorunması üçün əlindən gələni edəcəyini bildirib. Almaniya Yəhudilərin Mərkəzi Şurası Frank-Valter Ştaynmayeri bu təbrikə görə tənqid edib.

“Bu il Prezident Administrasiyası əvvəlcədən İran rəhbərliyinin ünvanına olan məktubun mətnini hazırlayıb. Həmin məktub Almaniyanın Tehrandakı səfirliyinə göndərilməli idi. Səfirlik Berlinin göstərişi olmadan onu ünvana göndərməməli idi. İranla gərgin münasibətlərin fonunda Ştaynmayer milli bayramla əlaqədar teleqramı göndərməmək qərarını verib, ancaq Tehranda almaniyalı diplomatlar tələsiblər və məktubu vaxtından qabaq göndəriblər”, – qəzet administrasiyadakı mənbəyinə istinadən vurğulayıb.

Daha sonra Almaniyanın İrandakı səfiri İran rəhbərliyinə teleqramın səhvən göndərildiyini bildirib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …