“İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası bu yaxınlarda Bakıda keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüş toplantıya hazırlıq xarakteri daşıyıb. Nazir deyib ki, komissiyanın iclasında birgə iqtisadi əməkdaşlığın inkişafının gələcək mərhələləri müzakirə olunacaq.
Read More »Yearly Archives: 2020
Ramil Usubovun oğlunun yerinə təyinat oldu
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, bir müddət əvvəl Vilayət Eyvazovun əmri ilə DİN BCAİ-nin rəis müavini, polis …
Read More »“Buta Airways”ın təyyarəsi məcburi eniş etdi
“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways”ın şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi Volqoqradda məcburi eniş edib. Boyukmillet.com bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Odur ki J2 9817 nömrəli aviareysi yerinə yetirən kapitan hava gəmisini Bakı vaxtı ilə saat 12:49-da uğurla Volqoqrad beynəlxalq hava limanına endirib.Sərnişinə tibbi yardım …
Read More »Yol polisindən qarlı hava ilə bağlı sürücülərə – Xəbərdarlıq
Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, BDYPİ-nin şöbə rəisi polkovnik Kamran Əliyev bildirib ki, hazırda Bakı-Quba, Bakı-Şamaxı və Bakı-Qazax yolunda hərəkət bərpa edilib və avtomobillərin hərəkəti normaldır: “Bu yollarda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. Lakin Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının ərazisində güclü qar yağır. Hətta texnika …
Read More »İLK DƏFƏ MANDAT QAZANAN DEPUTATLAR… – Onlar kimdir? + SİYAHI
Xəbər verdiyimiz kimi, MSK parlament seçkillərinin ilkin nəticələrini elan edib. Boyukmillet.com xəbər verir ki, 7 dairənin nəticələrinin hələ də açıqlanmadığı rəsmi siyahıya görə, aşağıda adları qalib elan olunan şəxslər Milli Məclisə ilk dəfə deputat kimi ayaq basacaqlar. Onlar aşağıdakı namizədlərdən ibarətdir: 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Səbinə Xasiyeva, 14 saylı Xəzər seçki dairəsindən Sultan Məmmədov, 16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli, …
Read More »Ən gərgin dairədə lider müəyyənləşmədi
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, 118 seçki dairəsində lider namizədlər bəlli olsa da, bu, 7 seçki dairəsində müəyyənləşməyib. Bunlar arasında İqbal Ağazadə ilə Rauf Arifoğlunun rəqib olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi də var: – 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – 35 …
Read More »Məzahir Pənahov çağırış etdi: “Kimin əlində fakt varsa, onları təqdim etsin”
Biz sosial şəbəkələrdə yayılan məlumatları araşdıracağıq. Bunlarla bağlı çox ciddi tədbirlər görüləcək. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib. O, qanun pozuntularının aşkarlanması ilə bağlı çağırış edib. “Ola bilər ki, kiminsə əlində fakt var, onları təqdim etsin. Biz hər şeyi araşdırıb tədbir görəcəyik”,-deyə M.Pənahov əlavə edib.
Read More »MSK seçkilərin ilkin nəticələrini açıqladı – Siyahı
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.Boyukmillet.com xəbər verir ki, ilkin nəticələr barədə MSK sədri Məzahir Pənahov məlumat verib. Naxçıvan Muxtar Respublikasında 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Talıbov Vasif Yusif oğlu – 27 min 712 səs (94,6 faiz). 2 saylı Şərur Seçki Dairəsi – Həbibbəyli İsa Əkbər oğlu – 26 min 583 səs (86,3 …
Read More »DİN: Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb
Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub. Bu barədə Boyukmillet.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb. “Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş …
Read More »“Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb”
“Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb”. Bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə görə, daxil olan şikayətlərə dərhal baxılır: “Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar