Şənbə , 4 Aprel 2026

Yearly Archives: 2020

İSBAM seçkiləri müşahidə edəcək

İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sabah, 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.Bu haqda məlumatı Boyukmillet.com-a İSBAM sədrinin müavini Natiq Bədəlov bildirib.O,qeyd edib ki bir neçə dairədə İSBAM-ın nümayəndələri müşahidə aparacaqlar. Natiq Bədəlov bildirdiyinə görə Bakı şəhərində xüsusi ilə Xətai 35 36,Yasamal 12 ,Binəqədi 8 və daha bir neçə dairədə müşahidəçilər fəaliyyət göstərərcəklər.

Read More »

Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyü 36 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib. Havanın temperaturu ötən günlə müqayisədə 18° enib. Əgər dünən paytaxtda 22-25° isti olubsa, fevralın 8-də səhər saatlarında 7° isti qeydə alınıb. Bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23° isti …

Read More »

Rusiya siyasətini sarsıdan qəza – Tanınmış siyasətçi öldü, yaralılar var

Rusiya parlamentinin deputatı Ayrat Hayrullin Tatarıstanın paytaxtı Kazanda baş verən vertolyot qəzasında həyatını itirib.Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində biri pilot olmaqla daha 2 nəfər ağır yaralanıb.    Hadisə Tatarıstanın paytaxtı Kazandan 30 kilometr aralıda baş verib.                                                  …

Read More »

Bundan şərəf və qürur duydum – Mövlud Çavuşoğlundan təsirli PAYLAŞIM ( FOTO)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib. 

Read More »

Ermənistan ordusu Naxçıvanla sərhəddə ağır itki verdi: 3 ölü, 1 yaralı

Ermənistanın Syunik (Zəngəzur) vilayətində 4 hərbçi qar uçqunu altında qalıb. Boyukmillet.com xəbər verir ki, əsgərlərdən 3-ü həyatını itirib. Onlar Karapet Nazaryan (1991-ci il), kiçik çavuş Tiqran Arzumanyan (1994-cü il) və kiçik çavuş Nver Şahbazyandır (1995-ci il). Müdafiə Nazirliyinin məlumatına görə, 1 əsgər yaralı xilas edilib. Əsgər Hamlet Mirzoyanın (1998-ci il) isə vəziyyəti normaldır. Açıqlamaya görə, qar uçqunu altında qalan hərbçilər müqavilə …

Read More »

Fevralın 10-da dərs olacaq? – Açıqlama

Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:“Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə də həmin gün məktəblərdə dərslər adi günlərdə olduğu …

Read More »

Son 24 saatda koronavirusdan rekord həddə insan öldü – DƏHŞƏTLİ STATİSTİKA

Son 24 saat ərzində koronavirusdan 86 nəfər dünyasını dəyişib. Boyukmillet.com xarici KİV-ə istinadla xəbər verir ki, bu virusun ortaya çıxdığı andan etibarən bir gündə qeydə alınan ən yüksək göstəricidir. Bununla da ölənlərin sayı 722 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 34 min 546 olub. Bunlardan 6 min 101 nəfərin vəziyyəti ağır olsa da, 2 min 50 nəfər sağlamlığına qovuşub və …

Read More »

Vilayət Eyvazov polkovnik-leytenanta vəzifə verdi – ƏMR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Vüqar Xəlilov Şəki Şəhər-Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb. V.Xəlilov daha əvvəl Şəki ŞRPŞ-də şəxsi heyətlə iş üzrə rəis köməkçisi vəzifəsində çalışıb.

Read More »

Həbsdəki icra başçısının cinayət işində yeni detallar

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev konkret ad çəkməsə də, yenidən həbs edilən icra başçılarının qanunsuzluqlarından danışıb.  Bu icra başçılarının həbsindən sonra prezidentin yerli icra orqanları tərəfindən sosial sahəyə ayrılan pulların mənimsənilməsi ilə bağlı ikinci çıxışıdır. Ötən çıxışında İlham Əliyev işsizliyin qarşısını  almaq üçün on …

Read More »

Türkiyəyə birləşməyəcəyik: ya federallaşma, ya da… – Akıncı

Kipr problemi ən qısa müddətdə həll edilməlidir. Türkiyəyə bağlanma ehtimalı qorxuncdur. Boyukmillet.com xəbər verir ki, bu açıqlama ilə Şimali Kiprin Prezidenti Mustafa Akıncı çıxış edib. “Qardian”a danışan Akıncı federal qərarın vaxtında verilməyəcəyi təqdirdə parçalanmanın davamlı olacağını söyləyib: “Kiprli türklər dünyəvi, demokratik və plüralist şəxsiyyətini qorumaq istəyir. İqtisadi olaraq Türkiyədən asılılığı azaltmaq arzusundayıq”.

Read More »