Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Bu barədə Boyukmillet.com Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Read More »Yearly Archives: 2020
Bu gün Laçın işğaldan azad edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılır. Boyukmillet.com xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub. Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan …
Read More »Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.(Ümummilli Lider Heydər Əliyev) Azərbaycanın müstəqilliyini bərpa etməsindən 29 il ötür. Təəssüf ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda faktiki hakimiyyətsizlik, iqtidarla xalq arasında ən ümdə milli hədəflər naminə vəhdət və həmrəyliyin olmaması, hakimiyyət …
Read More »“QHT-lər Vətən müharibəsinin gedişində ictimai vəzifəni layiqincə yerinə yetirdilər” – Monitorinq
“Gəncəfilm” Kino Yaradıcılığının İnkişafına Təkan İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra etdiyi layihə çərçivəsində Vətən müharibəsi dövründə Azərbaycan ictimai sektorunun, qeyri-hökumət təşkilatlarının fəaliyyəti və bu fəaliyyətin kütləvi informasiya vasitələrində işıqlandırılması ilə bağlı ölkə mediasında monitorinq keçirib. Monitorinq həm, sosial şəbəkələr, həm internet media resursları, ölkədə fəaliyyət göstərən televiziya və qəzetlər üzərində həyata …
Read More »Türkiyə Qoşunlarının minaaxtaran qrupları Azərbaycanda: “Onlar Azərbaycan Ordusuna təlimlər də keçəcək”
Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Azərbaycana gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlar 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilən ərazilərdə Azərbaycan Ordusunun minaaxtaran qrupları ilə birgə minaların axtarışına başlayıblar: “Türkiyəli minaaxtaranlar, eyni zamanda, Azərbaycan Ordusuna təlimlər də keçəcək”.
Read More »Fransanın Azərbaycandakı səfirliyi qarşısında növbəti piket keçirilib.
Fransanın Azərbaycandakı səfirliyi qarşısında növbəti piket keçirilib. Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qətnamənin qəbul edilməsinə etiraz ediblər. Aksiyanin təşkilatçısı Beynəlxalq Diaspor Mərkəzi ( BDM) və İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olub. İştirakçılar tərəfindən səfirliyin qarşısına qara çələng buraxılıb.
Read More »Baş Prokurorluq vətəndaşlara müraciət edib
“Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir”. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. “Vətəndaşlarımıza bir daha müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş …
Read More »“Qərbi Azərbaycanlılar 1988 – ci ilin məhşur deportasiya aktını unuda bilməzlər – Qərbi Azərbaycan İcması Ankara təmsilçisi
Boyukmillet.com xəbər verir ki, bu sözləri mediaya açıqlamasında araşdırmaçı yazar, Qərbi Azərbaycan İcması Ankara təmsilçisi Dr.Derya Akdemir deyib. Derya Akdemir bildirib ki, tarix boyunca əzəli və abadi Türk yurdlarında qətliamlar törədən ermənilərin nə yazıq ki, hadisələrə hər zaman ikili standartlarla yanaşan beynəlxalq ictimaiyyət tərəfindən göz ardı edilib. Araşdırmaçı yazarın sözlərinə görə regionda vəziyyəti gərgin olaraq saxlamaq istəyən qüvvələrin əlində oyuncağa …
Read More »ANAMA: Düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb
“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”. Bunu “Report”a açıqlamasında Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib. Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibəsində düşmən ərazini tərk edən zaman kortəbii şəkildə həmin əraziləri minalayıb: “Biz bunları nəzərə alaraq o xəritə ilə hər şeyin təhlükəsizliyinə tam təminat verə bilmərik. Həmin xəritələrə istinad edib, …
Read More »Şuşada əsir düşmüş xüsusi təyinatlımız: “Yaralarıma duz, istiot tökürdülər”
“Şuşa döyüşlərində əsir düşdüm. Ordumuzun əks həmləsi zamanı əsirlikdən xilas oldum. Məni Yerevana aparmaq istəyirdilər. Şükür ki, hərbçilərimiz buna imkan vermədi”. Boyukmillet.com xəbər verir ki, bu sözləri xüsusi təyinatlı hərbçimiz Abuzər Əliyev deyib. O bildirib ki, yaralı olsa da yenidən ordu sıralarına qoşulmaq istəyir. Abuzər Əliyev düşmənin əsirlikdə ona işgəncələr verdiyini söyləyib: “Mənim açıq yaralarım çox idi. Ayağımda, qolumda və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar