Bazar , 5 Aprel 2026

Yearly Archives: 2020

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla iqtisadi əməkdaşlığı özündə ehtiva edən protokolu təsdiqləyib. R.T.Ərdoğanın təsdiq etdiyi sənəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokoludur. Qeyd edək ki, 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib. İclasda Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin …

Read More »

DSK tanınmış hərəkatçının namizədliyini qeydə almadı – Bu “səbəblərdən”

22 saylı Nəsimi II Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülmüş tanınmış hərəkatçı, iş adamı Cahandar İsmayılovun kampaniyada iştirakı (Bayoğlu) DSK tərəfindən süni maneələrlə dayandırılıb. Belə ki, onun qeydə alınmaq üçün DSK-ya təqdim etdiyi 63 imza keçərsiz elan edilib. Bu barədə saytımıza Cahandar İsmayılovun Seçki Qərargahından məlumat verilib. Məlumatda bildirilir ki, keçərsiz hesab edilən 63 imzadan 50-nin Cahandar İsmayılovun …

Read More »

Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı 10-a çatdırıldı

BOYUKMILLET.COM NUHÇIXAN-a istinadən xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Naxçıvan Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejimində çalışır. Gündəlik reyslərin sayı 4-dən 10-a çatdırılıb. Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj,  912 min 629 kiloqram yük,  53 min  892 kiloqram poçt …

Read More »

Abdullah Öcalanın dayısı oğlu öldürüldü – FOTO

PKK terror təşkilatının liderlərindən sayılan Metin Aslan İraqda öldürülüb. Unikal.org xəbər verir ki, bu barədə  “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki,  “İnterpol”la axtarışda olan M. Aslan Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən İraqın şimalında həyata keçirilən əməliyyat vaxtı məhv edilib. Qeyd edək ki, Metin Aslan Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalanın dayısı oğludur.    Əməliyyatın detalları açıqlanmayıb. 

Read More »

ABŞ vətəndaşlarına müraciət etdi: Dərhal İraqı tərk edin!

ABŞ Dövlət Departamenti öz vətəndaşlarını artan gərginliklə əlaqədar İraqı dərhal tərk etməyə çağırıb. Bu müraciət Dövlət Departamentinin Tvitter səhifəsində yer alıb. Müraciətdə qeyd olunub ki, ABŞ vətəndaşları İraqı təyyarə ilə tərk etməli, bu mümkün deyilsə, quru yolla digər ölkələrə keçməlidir. Qeyd edək ki, bu çağırış İraqda İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra edilib. …

Read More »

“Azərbaycan təhlükəsizlik tədbirlərini gücləndirməlidir” – Vəziyyət daha da gərginləşsə…

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçirdiyi əməliyyatla İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani öldürülüb. İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif isə hadisəni terror hadisəsi adlandırıb və bunun cavabsız qalmayacağını vurğulayıb. Bəs görəsən, Amerika və İran arasında olan bu savaş bölgədəki vəziyyətə necə təsir …

Read More »

ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

ABŞ ordusu Qasım Süleymaninin öldürülməsindən sonra yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Foks Nyus” televiziyası öz mənbələrinə istinadən yayıb. Qeyd edək ki, Süleymani Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb.Onunla bərabər Haşdi Şabinin 5 yüksək vəzifəlisi qətlə yetirilib.  

Read More »

Bu ilin 2 müharibə proqnozu: Vanqa ilə əlaqəsi varmı?

Məşhur ekstrasens Vanqanın adından hər il müxtəlif proqnozlar açıqlanır.  2020-ci il üçün də Vanqanın adından müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə də sosial şəbəkədə yayılan 3 proqnoz diqqəti cəlb edib. Boyukmillet.com xəbər verir ki, Vanqanın olduğu iddia edilən proqnozların hər üçü Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Belə ki, həmin proqnozlarda “ABŞ-İran müharibəsi”, “ABŞ-ın Şimali Koreyaya hərbi müdaxiləsi” və “Donald Trampın impiçmenti” məsələsinin 2020-ci …

Read More »

Əhaliyə HAVA XƏBƏRDARLIĞI

Bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-18 metrdən arabir 20-23 m/s-dək güclənəcəyi, cişkin olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva Anews.az-a bildirib ki, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək arabir yağış yağacağı gözlənilir.“Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə …

Read More »

Məşhur generalın oğlu namizəd oldu

Daxili işlər nazirinin sabiq birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev növbədənkənar parlament seçkilərində iştirak edir. Bu barədə Vəli Dünyamalıyevin seçki qərərgahından məlumat verilib. Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. Bu dairədən digər namizəd isə deputat Musa Uruddur. Onun Gəncəni seçməsi isə təsadüfü olmayıb. Belə ki, atası Zahid Dünyamalıyev sovetlərin çökməsi və …

Read More »