Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnamənin səsvermə prosesinin detalları məlum olub. Boyukmillet.com xəbər verir ki, bu qərəzli sənədi Dağlıq Qarabağ münaqişəsinin detalları barədə heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclasboyu telefonlarında qurdalanan senatorların qəbul etməsi diqqətdən yayınmayıb. Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsverməsonrası belə deyib: “Layihənin ideya …
Read More »Yearly Archives: 2020
Milli Məclis “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının təsis olunmasını təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. boyukmillet.com xəbər verir ki, qanun layihəsində qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin …
Read More »“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb
“Azərenerji” reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirərək Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik …
Read More »Deputat: “Makron qudurub”
“Makron qudurub. Fransada erməni lobbisi yoxdur. Bu, Fransanın türklərə münasibətidir. Fransa Türkiyənin qələbələrini həzm edə bilmir”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında deputat Aqil Abbas deyib. “Prezident deyir ki, status-kvo gorbagor oldu. İndi Minsk qrupunu Ankara və Bakı əvəz edir. İndi Dağlıq Qarabağ da yoxdur. Qarabağ var. Bunu Putin də dedi. Sən Allah, bu ATƏT-in Minsk …
Read More »Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir
Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilir. Boyukmillet.com xəbər verir ki, aksiya iştirakçıları Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması haqqında qətnamənin qəbul edilməsinə etiraz ediblər.
Read More »MM sədrinin müavini: “Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir”
“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa …
Read More »Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, diplomat Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib. “Aydın olsun deyə, bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri bunları dedi: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. …
Read More »Deputat: “Parisdəki səfirimizi geri çağırmalıyıq”
“Fransa senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında deputat Azay Quliyev Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib. “Biz Fransanın vasitəçilik …
Read More »Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaratdı
Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı etiraz bəyanatın hazırlanması ilə bağlı komissiya yaradılıb. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. O bildirib ki, komissiyanın tərkibinə sədr Səməd Seyidov, deputatlardan isə Fazil Mustafa, Cavanşir Feyziyev, Əminə Ağazadə …
Read More »Ermənilər bu dəfə Laçını yandırmağa başladılar – FOTOLAR
Ermənistan ordusu Kəlbəcər və Ağdam rayonlarından sonra Laçın rayonunun əksər kəndlərini də tərk etməlidir. Boyukmillet.com xəbər verir ki, bölgəni dekabrın 1-nə qədər tərk etməyə hazırlaşan ermənilər Kəlbəcərdə olduğu kimi, yenə ərazilərə od vurmağa başlayıblar. Beynəlxalq jurnalistlər Laçındakı həmin vandalizm aktlarının bir hissəsini lentə alıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar