Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunmasına və Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciətinə dair xəbərləri geniş işıqlandırıb. Boyukmillet.com xəbər verir ki, Ukrinform, UNİAN, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialog” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Kəlbəcər rayonuna daxil olması barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya …
Read More »Yearly Archives: 2020
Tramp keçmiş yardımçısını bağışladı
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Maykl Flinni bağışlayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün tvitter səhifəsində məlumat verib. “General Maykl Flinnin tamamilə bağışlandığını elan etməkdən şərəf duyuram. General Flinni və onun gözəl ailəsini təbrik edirəm, bilirəm ki, indi həqiqətən fantastik Şükran Günü keçirəcəksiniz”, – amerikalı lider yazıb. Ağ Evin mətbuat xidmətinin sonradan …
Read More »Milli Məclis Fransa senatının qətnaməsilə bağlı etiraz bəyanatını müzakirə edir
“Dünən Fransa senatında çirkin qətnamə qəbul edilib. Milli Məclis Fransa senatının bu qətnaməsi ilə bağlı bəyanat qəbul etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, aparılan bu danışıqlarda xüsusən diqqəti çəkən Fransanın təcüvüzkarı öz adı ilə çağırmaması olub: “Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın …
Read More »İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur. Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bildirib. Onun sözlərinə görə, Qarabağın ən …
Read More »Baş konsul: “Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, həqiqəti dəyişə bilməz”
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi” başlıqlı məqaləsi ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib. Konsulluqdan bildirilib ki, məqalədə 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulmasından bəhs edilib. N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu …
Read More »Fransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi
Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. O, qeyd edib ki, əgər rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə xeyir gətirməyəcək. “Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri (ATƏT …
Read More »Ermənistan müxalifəti Paşinyanın istefası üçün hərbi vəziyyəti ləğv etdirmək istəyir
Ermənistan parlamentinin müxalifətdən olan deputatları ölkədə hərbi vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi məqsədilə Milli Məclisin növbədənkənar iclasının çağırışı təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. İclasın bu gün saat 11-də keçirilməsi planlaşdırılır. Müxalifət hərbi vəziyyətin ləğvindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın istefası prosesinə təşəbbüs etməyə nail olacağını gözləyir. Hakimiyyət əleyhdarları Paşinyanı Qarabağ üzrə Bəyanatı …
Read More »Fransa Senatoru Natali Qule: Qarabağı artıq ürəyimlə deyil, gözlərimlə görəcəm
Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib. Boyukmillet.com xəbər verir ki, o, özünün tvitterdəki hesabında Dağlıq Qarabağla bağlı paylaşım edib. Natali Qule yazıb: “Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm”. O, paylaşımına Azərbaycan və Fransanın bayraqlarının şəkillərini də əlavə edib. Qeyd edək ki, Natali Quli dəfələrlə Ermənistanın təcavüzkar dövlət olduğunu, işğalçılıq …
Read More »“FRANSA AZƏRBAYCAN TƏRƏFINDƏN BUNUN CAVABINI ALACAQ
İndiyə qədər Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri idi. Əfsuslar olsun ki, birtərəfli qaydada Ermənistanı dəstəkləməyə davam edir. Bu illər ərzində biz onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazı idik, azmış kimi, Azərbaycanın əks hücunları başlayan gündən Fransa tərəfindən prezident səviyyəsində ölkəmizə qarşı təhdidlər səsləndirilir. Boyukmillet.com xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, …
Read More »“Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil” – Prezidentin köməkçisi
“Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunmuş, noyabrın 25-də müzakirə edilərək qəbul olunmuşdur. İlk olaraq vurğulamaq istərdik ki, bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar