Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2020

Prezident: “Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq”

“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. “Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız …

Read More »

Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi: “İtaət etmirlər”

Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib. Bu barədə “Son Dakika” xəbər yayıb. Məlumata görə, o, RF dövlət başçısına zəng vuraraq, “Məni dinləmirlər, itaət etmirlər”, – deyərək kömək istəyib. Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda …

Read More »

Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə mətbuatda dərc edilmiş müraciətinə Baş Prokurorluq tərəfindən baxılmışdır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bununla bağlı bildirilmişdir ki, Ermənistan tərəfindən artıq işğaldan azad edilmiş ərazilərimizdə …

Read More »

Sumqayıtda 28 nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan …

Read More »

Bakıda usta 12-ci mərtəbədən yıxılaraq ölüb

Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Yasamal Rayon Prokurorluğundan məlumat verilib. İlkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi …

Read More »

Naxçıvan Bölməsində hamiliyə götürülən tələbələr üçün elmi-praktiki seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Kimya ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib. Tədbirdə institutun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimyəvi tədqiqatlarda müasir metodların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tələbələrə müasir tədqiqat sahəsi-nanotexnologiyadan, nanobirləşmələrin alınma metodlarından, onların tədqiq və tətbiqindən ətraflı …

Read More »

Ermənistan parlamentindəki müxalifət Paşinyanın istefasını tələb edir

Ermənistan parlamentində təmsil olunan müxalif Çiçəklənən Ermənstan və İşıqlı Ermənistan partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Novosti Armenii” yayıb. Noyabrın 17-də qanunverici orqanın 4 günlük sessiyası başlayıb. Parlamentin gündəliyindəki iki məsələdən biri 2021-ci il üçün dövlət büdcəsi layihəsidir. Milyonçu deputat Qaqik Sarukyanın sədri olduğu Çiçəklənən Ermənistan Partiyası və deputat Edmon Marukyanın başçlıq etdiyi İşıqlı Ermənistan …

Read More »

Kəlbəcərə görə Ermənistandan təzminat istəniləcək – Deputat

Ermənistanın Kəlbəcərdə törətdiyi barbarlıq, vandalizm, həmçinin, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsi ilə təzminat istəniləcək. Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 27 il işğal altında olan rayonda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının …

Read More »

Əfqanıstanda silahlılarının hücumu nəticəsində 10-dan çox polis ölüb

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətində silahlıların hücumu nəticəsində komandir də daxil olmaqla, azı 12 polis ölüb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “ToloNews” telekanalı məlumat yayıb. Telekanalın Əfqanıstan təhlükəsizlik qüvvələrindəki mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamına keçən gecə baş verən hücumda azı 10 nəfər də yaralanıb. Ehtimal olunur ki, radikal “Taliban” qruplaşmasının silahlıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının postuna hücum ediblər.

Read More »

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

“32 il öncə müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı ərazilərini də azadlığa qovuşdurublar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu feysbukda yazıb. “1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad olunan torpaqlarda dalgalanır! Milli Dirçəliş Günün mübarək, Can Azərbaycan!”, – o qeyd edib.

Read More »