Gələn ilin 1-ci rübündə rusiyalilar ölkədə istehsal edilmiş vaksinləri vurdurmaq üçün özləri seçim edəcəklər. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova deyib. Bu barədə RİA Novosti məlumat yayıb. “İndi ölkə istehsalı 2-ci vaksin 30 min doza olmaqla, vətəndaşlar üçün dövriyyədədir. Yeni vaksinlər yarandığı halda rusiyalılar yenə də özləri seçim etmək hüququna malikdirlər”,-deyə Baş nazirin müavini vurğulayıb. …
Read More »Yearly Archives: 2020
“Savaşı dayandırmağın bir yolu torpaqları qaytarmaq idi” – Paşinyan müxalifətə cavab verdi
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin ittihamlarına cavab verib. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində paylaşım edib. O, müxalifətin tez-tez elastik siyasət yürüdüləcəyi halda müharibədən qaçmağın mümkün olduğu barədə danışmasını qəbul etməyib. “Bizi ittiham edənlər niyə elastik siyasətlə 2016-cı ilin aprelində savaşı önləyə bilmədilər?.. Savaşı önləməyin bir yolu vardı: Torpaqları qaytarmaq!.. Bizi satqınlıqda suçlayanlar …
Read More »İşdən “qovulan” direktora vəzifə verildi: Bəs cəzanı kimə verdilər?..
Bir neçə gün öncə sosial şəbəkələrdə özünə təmtəraqlı toy etməsi, jurnalistə zor tətbiq etməsi və daha sonra başına hörmətsiz formada keçirdiyi dövlət bayrağı ilə ət doğrayaraq gündəmə gələn 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın öz ərizəsi ilə işdən azad edilməsi barədə xəbər vermişdik. Boyukmillet.com Bizimyol.info-ya istinadən məlumatına görə, Nailə Məmmədova yenidən vəzifəyə təyin edilib. O, İctimai Nəzarət Koalisiyasının təhsil departamentinin …
Read More »Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı – FOTO
Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu. Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın “Facebook” sosial şəbəkəsində topçunu təhqir edəcək rəy yazmışdı. Boyukmillet.com xəbər verir ki, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı şəhəri 102 nömrəli …
Read More »Nazir: “190 manatın artırılması məsələsini hökumətlə müzakirə edəcəyik”
“Birdəfəlik ödəmə bu il üçün yaşayış mimimumunun məbləğində verilirdi”. Boyukmillet.com-un xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. “Əgər sərtləşdirilmiş karantin rejimi yenə tətbiq olunsa, vətəndaşlara verilən birdəfəlik ödəmənin məbləğinin 190 manatdan 196 manata qaldırılmasını hökumətlə müzakirə edəcəyik”,- nazir bildirib
Read More »Parlament İşsizlikdən Sığorta Fondunun gələn ilki büdcəsini təsdiqlədi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində müəyyən edilib. Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 000 000,0 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin …
Read More »Prezident külək elektrik stansiyasının tikintisi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamda deyilir:“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının …
Read More »DİN Yeni il bayramı üçün rayonlara getmək istəyənlərə xəbərdarlıq edib
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilən məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və …
Read More »Şuşaya yeni polis rəisi təyin edilib
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Səməd Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı “Report”a fakt təsdiqləyib.
Read More »Şəxsiyyət vəsiqəsinin müddəti bitən şagirdlərə imtahanlarda güzəşt ediləcək
Vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən Dövlət İmtahan Mərkəzi buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi ilə bağlı bir sıra dəyişikliklər edib. Boyukmillet.com həmin dəyişiklikləri təqdim edir: – Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar