Bazar , 14 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Samir Adıgözəlli: “Hamının yatdığı bir zamanda həmin atəşlər nəticəsində yaşlılar, qadınlar və körpə uşaqlar qətl edildi”

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı bildirib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb: “Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların, demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda …

Read More »

Türkiyəli deputat: “BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dəyişməlidir”

“BMT-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Burada faktiki olaraq çoxluğun deyil, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvünün fikri önəmli hesab olunur. Bu sistem tez bir zamanda dəyişməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən Türkiyənin Böyük Birlik Partiyasının sədri, millət vəkili Mustafa Dəstici deyib. O, qərarların icrasında ciddi problemlər …

Read More »

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair məsələlər müzakirə olunub

Sentyabrın 23-24-də Bakıda “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Məlumata görə, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük …

Read More »

Fərid Qayıbov İstanbulda “Teknofest”ə qatılıb

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest – Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, …

Read More »

Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşub

İstanbul boğazında Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb. Bildirilib ki, Kocaelidən Ergeliyə hərəkət edən 90 metr uzunluğunda “Tahsin İmamoğlu” gəmisi Rusiyaya gedən 128 metr uzunluğundakı “RUSİCH 10”  gəmisi ilə Yeniköyün qarşısında toqquşub. Hadisə yerinə xilasedicilər göndərilib.

Read More »

İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, İƏT-in 5 nəfərdən ibarət nümayəndə heyəti Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Qonaqlar orada dünyasını dəyişən şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan əraziyə güllər …

Read More »

Çempionlar Turu: Azərbaycan şahmatçıları final mərhələsində mübarizəyə başlayır

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda bu gün final mərhələsi start götürəcək. Boyukmillet.com xəbər verir ki, 11 gün davam edəcək yarışa 10 qrossmeyster qatılacaq. Onların arasında Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da var. İştirakçılar əvvəlki 9 mərhələdə qazandıqları bonus xallarının nəticələrinə əsasən müəyyənləşdiriliblər. Final mərhələsində onlar 9 turdan ibarət dairəvi sistemlə mübarizə aparacaqlar. Hər …

Read More »

Azərbaycan neftinin qiyməti 79 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,74 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 79,08 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Boyukmillet.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları …

Read More »

Ceyhun Bayramov BMT-də daha beş həmkarı ilə görüşüb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemala xarici işlər naziri Pedro Brolo Vila, Suriya xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenada xarici işlər naziri David Piter və Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər …

Read More »