Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki …
Read More »Monthly Archives: Sentyabr 2021
Azərbaycanda daha 2 042 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib. 33 988 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, …
Read More »Hulusi Akar: “Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir”
“Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır”. Boyukmillet.com -un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətləri fasiləsiz olaraq davam edir: “Məqsədimiz dost və qardaş ölkələrin sülh, təhlükəsizlik və sabitlik içərisində yaşamasına töhfə verməkdir”. Nazir həmçinin azərbaycanlıların və liviyalıların haqq işində …
Read More »Şuşada Milli Musiqi Günü keçirilir
Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir. “Report”un Şuşaya ezam olunan əməkdaşı məlumat verir ki, tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar. Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə …
Read More »Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib
Azərbaycanın mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir. Boyukmillet.com məlumatına görə, onlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir. Qeyd edək ki, …
Read More »Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər. Boyukmillet.com. xəbər verir ki, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub. Bundan başqa, mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin …
Read More »Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Astraxan” hərbi gəmisi ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Read More »“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətin rəhbəri dəyişdirilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK İnşaat” MMC-nin sədri dəyişib. Boyukmillet.com xəbər verir ki, bu vəzifə Nizaməddin Hüseynova həvalə edilib. Bu vəzifəni əvvəl Fərhad Kərimov icra edib. N.Hüseynov əvvəldə “Azərbaycan Sənaye Korporasiyası”ında çalışıb. Xatırladaq ki, “ASK İnşaat” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata …
Read More »Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilib
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
Read More »Gözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunur
Bu gün Şuşanın dağlarında, Cıdır düzündə, İsa bulağında, bir sözlə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, Vətən torpağının hər qarışında muğam sədaları eşidiləcək. Boyukmillet.com xəbər verir ki, 30 ildən sonra ilk dəfə Ü.Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq. Belə ki, bu gün – sentyabrın 18-də Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
