Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri təşkil edilib. Bu səfərdə artıq 130-dan çox QHT təmsilçisi iştirak edib. Bu sözləri QHT təmsilçilərini müşayiət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Şuşada AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib. O …
Read More »Monthly Archives: Sentyabr 2021
“Şuşa tək Azərbaycanın yox, həm də dünyanın incisidir” – Eyyub Hüseynov
“Müstəqillik dövründə Şuşaya ilk səfərimdir. Çox böyük təəssürat aldım”. Bunu “Report”a Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib. “Atam Şuşalıdır. Gəldim, çox böyük təəssürat aldım. Şükür edirik ki, biz bu gün Şuşadayıq. Şəhərə gəldiyimiz zaman bu yollarda erməni vəhşiliyinin, erməni vandalizminin izlərini gördük. Dünyanın heç bir yerində bu cür dağıdıcı millət yoxdur”, – deyə, o bildirib E. Hüseynovun fikrincə, Şuşa tək …
Read More »“Biz fəaliyyətimizi Şuşada davam etdirməliyik” – QHT sədri
“Rayonlarımız, şəhərlərimiz bərpa olunduqca, biz fəaliyyətimizi burada, yeni böyük şəhərlərdə davam etdirməliyik”. Bunu “Report”a “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, artıq Şuşaya ikinci səfəridir, yalnız keçirdiyi hisslər eyni qalıb: “Avtobusda qalxa-qalxa deyirdim ki, “Can, siz buraları necə qalxmısınız ? Siz buranı necə fəth etmisiniz , necə almısınız ? Bütün şəhidlərin qarşısında baş əyirəm. Bizə bu sevinci, …
Read More »Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb
44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 663-yə çatıb.
Read More »XİN: “Qarabağ Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”
“ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın …
Read More »Antalyadan Vladivostoka uçan təyyarə qəza enişi edib
Antalya-Vladivostok transkontinental təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində qəza enişi edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Məlumatda deyilir ki, “Boeing 767” təyyarəsi Antalyadan Vladivostoka uçurmuş və Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib. İlkin məlumatlara görə, təyyarədə texniki problemlər yaranıb. Zərərçəkənlər barədə məlumat yoxdur. Hava laynerində olan sərnişinlərin sayı dəqiqləşdirilir.
Read More »Fəxrəddin Altun: “Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkədir”
“Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun “Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti” adlı məqaləsində deyilir. “Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır. Qısa müddətdə xüsusi məsələlərə fokuslanaraq hazırlıq görülməli və mümkün ssenarilər …
Read More »Türkdilli iş adamlarının iştirakı ilə Qarabağda biznes-forum keçirilə bilər
“Biz 2-ci Qarabağ müharibəsinin davam etdiyi ötən il 2 noyabr tarixində Azərbaycanda idik. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan olaraq Azərbaycana dəstək vermək üçün biznes-forum keçirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türk Ticarət və Sənaye Palatasının Baş katibi Adəm Kula jurnalistlərə açıqlamasında deyib. “Türk Ticarət və Sənaye Palatası olaraq 6 dövlətin ticarət və sənaye palatasının birləşməsi ilə yaradılıb. …
Read More »Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib. “Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdiriləndək davam edəcək”, – açıqlamda qeyd olunub. Xatırladaq ki, “Pence-Kaplan” anitterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.
Read More »Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
