Şənbə , 13 Dekabr 2025

Monthly Archives: Sentyabr 2021

Medianın İnkişafı Agentliyində jurnalistlərlə görüş keçirilib

Boyukmillet.com xəbər verir ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirildi. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak edirdilər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. “Media haqqında” Qanun layihəsi haqqında …

Read More »

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv edib

Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib. Bu barədə Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər. “Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır” – deyə xidmətdən qeyd ediblər. Xatırladaq …

Read More »

Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib

Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, S.Şərifov Azərbaycanın maliyyə naziridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.

Read More »

“Bu, onların növbəti tarixi səhvi olacaq” – Hikmət Hacıyev + VİDEO

“Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Prezidentimizin də söylədiyi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin”. Bu açıqlamanı “HaberGlobal”a müsahibəsində Füzuli Beynəlxalq hava limanın açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib. …

Read More »

DİN-dən açıq havada maskanın məcburi olacağı ilə bağlı məlumatlara reaksiya…

Açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar doğru deyil: “Hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarı yoxdur. Buna görə də bu məlumatlar həqiqəti əks etdirmir”.

Read More »

Azərbaycanda daha 2406 nəfər koronavirusa yoluxub, 37 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5879 nəfər vəfat edib. 52 850 nəfər aktiv xəstə sayını …

Read More »

Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək

Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, təhsil naziri Emin Əmrullayevin iştirakı ilə bütün suallara sentyabrın 7-də saat 14.00-da keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Read More »

Türkiyənin milli müdafiə naziri NATO Hərbi Komitəsinin rəhbəri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Hərbi Komitəsinin rəhbəri Rob Baueri qəbul edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler də iştirak edib.

Read More »

Prezident İlham Əliyev Azərbaycan paralimpiyaçılarını mükafatlandırıb

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.Boyukmillet.com xəbər verir ki, Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı …

Read More »

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Ermənistanın XİN başçısı ilə görüşüb

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib. Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

Read More »