Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Füzuli-Hadrut avtomobil yolu Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın cari il martın 16-da işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı …

Read More »

Qanunsuz tikili PROBLEMİ – Vətəndaşların hüququ necə qorunmalıdır? – İqtisadçı ŞƏRHİ

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, bir neçə ilə ölkədə qanunsuz tikili olmayacaq və qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir. Məlumdur ki, ölkəmizdə kifayət qədər vətəndaş məhz qanunsuz tikililərdə məskunlaşıb.  Qanunsuz tikililərin qarşısının alınması fonunda sözügedən vətəndaşların aqibəti ilə bağlı iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb. O, qeyd edib ki, nazirin açıqlaması müsbət hal olsa da, qanunsuz …

Read More »

İran XİN: “Nüvə danışıqları düzgün istiqamətdə gedir”

“Vyanada nüvə sazişi üzrə danışıqlar düzgün istiqamətdə gedir və Qərb ölkələri xoş niyyət nümayiş etdirsələr, çox yaxın gələcəkdə konsensus əldə oluna bilər”. Boyukmillet.com İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib. “Komandamızın diqqət mərkəzində olduğu vahid mətni hazırlamaq çox vacibdir. Öz növbəsində, qarşı tərəf fikir ayrılığı yaradan məsələlərə diqqət yetirməlidir”, – …

Read More »

Operativ Qərargah Yeni illə bağlı əhaliyə müraciət edib

Nazirlər Kabineti yanında Operativ Qərargah Yeni illə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində məlumat verib. Onun sözlərinə görə, Yeni illə bağlı kütləvi toplaşma halları qaçılmazdır: “Ona görə də bununla bağlı ciddi tədbirlər görülməlidir. Unutmayaq ki, hər xəstəliyin profilaktikası onun müalicəsindən daha yaxşıdır. …

Read More »

Leyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib

“Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Dekabrın 28-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi …

Read More »

Türkiyədən Cənubi Qafqaza yeni avtomobil tuneli açılır

Sabah Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin şərqində açılacaq “Pırınkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək. Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir. Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək. Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. …

Read More »

Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən üç ölkədən biridir

Rusiya, ABŞ və Azərbaycan Türkiyəyə qaz tədarük edən ölkələrin arasında ilk üçlükdə yer alıb. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin oktyabr ayında Türkiyəyə təbii qaz idxalı 15,2 faiz artaraq 4 milyard 657 milyon kubmetrə çatıb. İdxal olunmuş qazın 3 milyard 22 milyon kubmetrə yaxını boru kəmərləri ilə, 1 …

Read More »

“44 günlük mühribə zamanı 84 milyonluq Türkiyə Azərbaycan xalqına mənəvi dəstəyini bəyan etdi”

Türkiyə Silahlı Qüvvələrinin I Ordu komandiri, İstanbul şəhərinin qarnizon rəisi, general polkovnik Kamal Yeni I ordunun Qərargahında Emin Həsənlini qəbul edib. İlk olaraq Kamal Yeni Azərbaycanı qazandığı zəfər münasibətilə   Azərbaycan xalqını təbrik edərək, bu qələbəni Kıprıs qələbəsindən sonra XXI əsrdə Türk dünyasının ən böyük uğuru olduğunu,bu zəfərin Azərbaycanın Türk dünyasına ərmağan etdiyi qələbə adlandıraraq, Azərbaycan Silahlı Qüvvələri  və Azərbaycan …

Read More »

1920-ci il xəritələri ilə Azərbaycana qaytarılmalı olan ərazilər: tarixi faktlar – Müsahibə

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – Əziz müəllim, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı müzakirələr gedir. Ermənistan tərəfi 1920-ci illərin xəritəsi üzərində dayandıqlarını açıqlayıb. Bəs Azərbaycan tərəfini qane edən xəritələr hansı dövrü əhatə edə bilər? – Sovet hakimiyyətinin ilk illərində Zəngəzurun iki yerə bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi. Bununla da …

Read More »

Hacı Zeynalabdin Tağıyevlə bağlı serial çəkiləcək

“Hacı Zeynalabdin Tağıyevlə bağlı serial çəkiləcək”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib. O bildirib ki, serial Mədəniyyət Nazirliyi Bakı Media Mərkəzi ilə birgə çəkiləcək.

Read More »