Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.
Read More »Yearly Archives: 2021
Şuşada ilk modul tipli xəstəxana açılıb
Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, Şuşa Modul Tipli Xəstəxana 6 palatadan ibarətdir. Xəstəxanada təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyyə xidmətləri göstəriləcək. Bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.
Read More »Prokuror Rövşən Əkbərova 11 il cəza istəyib
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elçin Əliyevin anası Səmayə Əliyeva və mərhumun dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyevin ifadəsi elan olunub. Onlar məhkəmədə dindirilməli olsalar da, prosesə gəlməyiblər. Daha sonra hadisə vaxtı Azərbaycanın …
Read More »Ceyhun Bayramov Minskə yola düşüb
Oktyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb. Bu barədə Nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun MDB XİNŞ-nin növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Read More »Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib – TAM MƏTN
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib. Boyukmillet.com müsahibənin tam mətnini təqdim edir: Prezident İlham Əliyev: Sabahınız xeyir. Müxbir: Sabahınız xeyir, cənab Prezident, necəsiniz? Prezident İlham Əliyev: Təşəkkür edirəm, yaxşıyam. Sizi yenidən görməyimə şadam. – Mən də Sizi görməyimə şadam. Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı? – Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir …
Read More »Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirillvə ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir. Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar. Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli …
Read More »Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
“Ermənistan vaxtilə işğal altında saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan höküməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. …
Read More »Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb
“Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan 16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu “Real TV”yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov deyib. O qeyd edib ki, yaralılardan ikisi əməliyyat olunub: “Dörd nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə yüngül olduğu üçün amblator müalicəyə göndərilib. Digərləri isə hazırda …
Read More »“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə beynəlxalq sülhün və təhlükəsizliyin güclənməsinə əsaslı töhfə verir”
“Azərbaycan bir sıra beynəlxalq qurumlarda, o cümlədən Qoşulmama Hərəkatında uğurla təmsil olunur. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. …
Read More »Azad edilən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə döyüşlər baş vermiş ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib”. Boyukmillet.com xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb: “3 müşayiətçi bioloji referent nümunələrinin toplanması …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
