“Azərbaycanın mədəniyyət şəhəri olan qədim Şuşa öz əhəmiyyətini geri qaytarır. Şuşa incəsənət, mədəniyyət və musiqi ilə dirçəlir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün tviter səhifəsində yazıb. Xatırladaq ki, işğaldan azad olunduqdan sonra ilk dəfə olaraq sentyabrın 18-də Şuşada Milli Musiqi Günü qeyd edilib və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçirilib.
Read More »Yearly Archives: 2021
Ramzan Kadırov yenidən rəhbər seçilib
Ramzan Kadırov Çeçenistanda keçirilən prezident seçkilərində qalib gəlib. Boyukmillet.com xəbər verir ki, Çeçenistan Mərkəzi Seçki Komissiyası onun 99,7 faiz səs topladığını açıqlayıb.
Read More »Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına müsahibə verib
Energetika naziri Pərviz Şahbazovun Rusiyanın “Нефтегазовая вертикаль” jurnalında müsahibəsi dərc edilib. Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, nazir koronavirus (COVID-19) pandemiyasının dünya neft bazarına, o cümlədən Azərbaycanın yanacaq-enerji kompleksinə təsiri, Azərbaycanın da dəstəklədiyi “OPEC plus” sazişinin fəaliyyətinin nəticələri və perspektivləri, xarici investorların cəlbi, o cümlədən investisiyaların stimullaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən nəzərdə tutulan tədbirlər, LUKOIL şirkətinin Azərbaycandakı fəaliyyəti, …
Read More »Baş Prokurorluq: “Bu il 100 iş təkrar istintaqa qaytarılıb”
Bu ilin yanvar-avqust ayları ərzində respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Read More »“Azəri-Çıraq-Günəşli” yatağından 4 milyardıncı barel neft hasil edilib
Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi bp AÇG layihəsindəki tərəfdaşları bəyan edir ki, 18 sentyabr 2021-ci il tarixində yataqdan 4 milyardıncı barel neft hasil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə bp şirkətinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və …
Read More »Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb-YENİLƏNİB
Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb. 11:50 Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb. …
Read More »Azərbaycan məktəbliləri Serbiyada 20 medal qazanıb
Serbiyanın paytaxtı Belqradda Dünya Məktəblilərinin İdman Oyunlarına yekun vurulub. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın karate, cüdo və taekvondoçu məktəblilərinin ardınca, güləşçi yeniyetmələri də medallar qazanıb. Sərbəst güləş yarışlarında məktəblilər 8 medal əldə edib. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Elton Məmmədov (38 kq), Elgün …
Read More »“Azərişıq” Kəlbəcərin küçələrinə işıq verib
“Azərişıq” ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. Bu barədə qurumdan məlumat verilib. Məlumata görə, hazırda Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcəkDaşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir. Həmçinin mənbə kimi …
Read More »31 yaşlı jurnalist vəfat edib
Jurnalist Zaur Mehdiyev vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, ötən gecə 31 yaşında qəflətən dünyasını dəyişib. Qeyd edək ki, Z.Mehdiyev 1990-cı il yanvarın 26-da anadan olub. Allah rəhmət etsin!
Read More »Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqlənib
“Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi hazırdır, yaxın vaxtlarda təmir-yenidənqurma işlərinə başlanacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib. O bildirib ki, ev muzeyinin bərpası Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq: “Şuşada keçirilən Beynəlxalq Musiqi Festivalı 30 illik işğal dövründən sonra Mədəniyyət Nazirliyi ilə Şuşa Dövlət Qoruğunun ilk birgə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
