Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub

Avrokuboklarda qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, UEFA Konfrans Liqasının H qrupunun ilk turunda Bakıda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın aktivinə daha 0,125 xal yazdırıb. Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 2,125-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,750-ə çatıb. Əldə edilən xallarla Sloveniyanı üstələmək mümkün olub. …

Read More »

Rusiya Dövlət Dumasına seçkilər başlayıb

Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri ilkin olaraq Çukotka və Kamçatkada açılıb. Qeyd edək ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. Həmçinin Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq. 450 deputat yeri olan parlamentin aşağı palatasına 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb. Pandemiya ilə …

Read More »

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başladı – VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib. İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək. Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik …

Read More »

Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır

Bu il XVII Avrasiya Media Forumun əsas missiyası dəyişməz olaraq qalır – ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda, regionda media subyektlərinin və mütəxəssislərinin birgə fikir mübadiləsinin təmin olunması və perspektivlər barədə müzakirələrin aparılmasıdır. Bunu Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd …

Read More »

Jurnalistdən deputat Eldar Quliyevə sərt etiraz – Video

Tanınmış jurnalist Məhəmmədəli Qəribli benzinin qiymətinin qaldırılmasını öz məntiqi ilə və savadsız şəkildə əsaslandıran deputat Eldar Quliyevə sərt etirazını bildirib. Boyukmillet.com sosial şəbəkələrdə yayılan həmin videokadrları təqdim edir:

Read More »

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb – FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviçin dəvəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində olub. Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik, qarşılıqlı iqtisadi layihələrin icrası, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər mövzularda səmimi müzakirələr aparılıb.

Read More »

Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və …

Read More »

Azərbaycanda 1783 nəfər koronavirusa yoluxub, 32 nəfər ölüb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat …

Read More »

Prezident Bakıda avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayırıb

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan …

Read More »

Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb

Baş nazir Əli Əsədov “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, dəyişikliklə un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş …

Read More »