Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat xidmətindən “Report”a daxil olan məlumatda deyilir: “Xəbər verildiyi kimi, sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. İstintaqla N saylı hərbi hissəsinin baş çavuşu Fərəməz Abasovun rəis kimi hərbi …
Read More »Yearly Archives: 2021
“Birgə təlimlərdə iştirak ordumuzun inkişafı üçün önəmlidir” – HƏRBİ EKSPERT AÇIQLADI
“Azərbaycan ilə Türkiyə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir. Biz qardaş dövlətlərik. Hər iki ölkə prezidentin birgə qarşıya qoyduğu tələblər var ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Şuşa bəyannaməsi də bunu deməyə əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanla Türkiyə bütün qoşun növləri üzrə birgə …
Read More »Baş Prokurorluq: “Mahir Xəttab Ramiz Göyüşovdan pul alarkən yaxalanıb”
Baş Prokurorluq sayt rəhbərinin həbsi ilə bağlı daha bir məlumat yayıb. Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb. Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb …
Read More »Tağı Əhmədov, Şəmsəddin Hacıyev və Məlahət İbrahimqızı YAP-dakı vəzifələrindən azad olunublar
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Belə ki, iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib. Partiyanın vəzifədən azad olunan rayon təşkilatlarının sədrləri aşağıdakılardır: Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi …
Read More »YAP-ın bəzi rayon təşkilatlarına yeni sədrlər təyin edilib – ADLAR
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib. Boyukmillet.com-un xəbərinə görə, məsələ ətrafında İdarə Heyətinin üzvləri çıxış ediblər. Sonra rayon təşkilatlarının sədrlərinin təyin olunması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, YAP-ın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, …
Read More »Müharibə iştirakçıları və şəhid ailəsinin üzvləri SOCAR-da işə götürülüb
Dövlət Neft Şirkətinin (SOCAR) Təhlüəkəsizlik İdarəsi daha 6 müharibə iştirakçısını və şəhid ailəsi üzvü işlə təmin edib. Boyukmillet.com bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, Vətən müharibəsi iştirakçıları Rüstəm Vahid oğlu Cabbarov, Nahid Elşən oğlu Abdullayev, Əmir Rövşən oğlu Cəfərov, Əlibəy Nadir oğlu Kamilov, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Çoban Razaddin oğlu …
Read More »YAP İdarə Heyətinin iclası keçirilir
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb. Boyukmillet.com-un xəbərinə görə, onlayn qaydada keçirilən toplantının gündəliyinə 7 məsələ daxil edilib. İclasda sosial şəbəkələrdə əxlaqsız videogörüntüləri yayılan YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi, Gənclər Birliyinin Əsasnaməsinin təsdiq olunması, partiyanın rayon təşkilatlarının yeni sədrlərinin təyin olunması və s. məsələlərə baxılacaq. Partiyanın İdarə Heyətinin tərkibinə aşağıdakı şəxslər …
Read More »Prezident İlham Əliyev Nobel mükafatı laureatını təltif edib
Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Əziz Səncər 1946-cı ildə Türkiyənin Mardin şəhərində dünyaya gəlib. 1997-ci ildən ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika proqramı üzrə işləyir. DNT sahəsində araşdırmaları ilə tanınır. Ə.Səncər …
Read More »İşğaldan azad edilmiş ərazilərin bərpasına həsr olunmuş biznes forum olacaq
Azərbaycanda istehsal olunan məhsullardan dəyərinin hər 5 ABŞ dollarından 1-i sənaye zonalarının payına düşür. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, digər türkdilli ölkələrdə də bu tip təcrübə var: “İşğaldan azad edilmiş ərazilərin bərpasına həsr olunmuş biznes forum olacaq. Bu tədbirə həm də şirkətlər qoşulub. Pandemiya çərçivəsində atılan bu addımı yüksək qiymətləndiririk. Əminəm …
Read More »Ukrayna siyasi dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbar BMT Baş Assambleyasının iclasında onlara dəstək verən ölkələrə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat “Twitter” səhifəsindən xəbər paylaşıb: “BMT Baş Assambleyası Ukrayna üçün mühüm olan “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndi qüvvədə saxlayaraq Baş Assambleyanın 76-cı sessiyasının gündəliyinə salmaq barədə səs çoxluğu ilə (12 səsə qarşı 71 səslə, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
