Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib. “Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, – o bildirib. Bundan başqa, M.Cabbarovun sözlərinə …

Read More »

Azərbaycan stendi beynəlxalq sərgidə mükafata layiq görülüb

Azərbaycanın stendi 7-9 sentyabrda Rusiyanın Moskva şəhərində keçirilən “OTDYKH Leisure” beynəlxalq sərgi və forumunda beynəlxalq mükafata layiq görülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Belə ki, turizm potensialını sərgiləyən digər iştirakçı ölkələrdən fərqliliyi ilə seçilmiş Azərbaycan stendinə “Ən yaxşı təqdimat” nominasiyası üzrə mükafat təqdim olunub. 27-ci dəfə təşkil olunan forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” …

Read More »

Ramiz Göyüşov bu gün YAP-dan çıxarılır

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək. İclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib. İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq. Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb. YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.09.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 2,0110 manat, Rusiya rublunun məzənnəsi isə 0,4% artaraq 0,0233 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,01101 Rusiya rublu0,02331 Avstraliya dolları1,25491 Argentina pesosu0,01731 Belarus rublu0,67831 Braziliya rialı0,32661 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1198100 Cənubi Koreya vonu0,14541 Çexiya …

Read More »

“Azərxalça” beynəlxalq sərgidə iştirak edəcək

“Azərxalça” ASC sentyabrın 14-16-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Heimtextil” – beynəlxalq tekstil sərgisində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. Onun sözlərinə görə, sərgidə klassik Azərbaycan xalçaları ilə yanaşı, müasir dizaynda toxunmuş əl xalçaları da nümayiş olunacaq: “Xalçalarımız “Made in Azerbaijan” brendi ilə təqdim ediləcək. Bunların arasında Qarabağ xalçaları da …

Read More »

BMT Baş Assambleyasının rəhbəri fəaliyyəti və Azərbaycana səfərindən danışıb

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti olan ilk türk diplomat Volkan Bozkır fəaliyyətini başa vurub. “Report”un ABŞ bürosu xəbər verir ki, V.Bozkır jurnalistlərə açıqlamasında fəaliyyət müddətinin pandemiyaya təsadüf etməsinə baxmayaraq, keçən bir il ərzində BMT Baş Assambleyasının uğurlu qərarlar qəbul etdiyini deyib: “COVID-19 fəaliyyət üsulumuzu dəyişdirdi və bu çətin müddətdə çalışdım ki, vacib görüşlərin internet üzərindən deyil, üzbəüz olmasına şərait …

Read More »

Ərdoğanla Rahmon ikitərəfli və regional məsələləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan Prezidenti İmoməli Rahmonla telefon danışığı aparıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Əlaqələr üzrə İdarə bildirib. Məlumata görə, Ərdoğan və Rahmon Türkiyə-Tacikistan münasibətlərini və regional prosesləri, xüsusi halda Əfqanıstanda vəziyyəti müzakirə ediblər. Ərdoğan Rahmonu Tacikistanı müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, bildirib ki, Türkiyə Mərkəzi Asiya respublikasının müstəqilliyini tanımış ilk …

Read More »

STTM: Ermənistan hərbçiləri müharibədə öz təyyarələrini vurub

Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopteri bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, Rusiyanın aparıcı təhlil mərkəzlərindən biri olan Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor Ruslan Puxovun redaktəsi ilə Qarabağda 44 günlük hərbi əməliyyatlara dair təhlillərin cəmləşdiyi …

Read More »

Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması ilə bağlı danışıqlar aparılır

“Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır”. Boyukmillet.com  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Ermənistan” hava şirkətinin direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 6 il Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub: “Sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik …

Read More »

Peyvənd vurdurmayan müəllimlərə maaş verilməyəcək? – RƏSMİ CAVAB

“Vaksin vurdurmayan və əks göstəriş sertifikatı olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələ müzakirə olunur. Hətta məsələ ilə bağlı Nazirlər Kabinetində yeni qaydalar hazırlanır”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O qeyd edib ki, qərar qəbul edildikdən sonra ətraflı məlumat veriləcək: “Xatırladım ki, əks göstəriş və immun sertifikatı olmayan işçilər məktəblərə buraxılmayacaq. Bəzi müəssisələrdə peyvəndlənmə …

Read More »