Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətandaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan …
Read More »Yearly Archives: 2021
Samir Adıgözəlli: “Yaxın zamanlarda belə müraciətlərin sayı daha da artacaq
Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib. O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib. Məlumat Ermənistan mətbuatında yayılıb. Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb. …
Read More »Ağsu kənd bələdiyyəsi 4 şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə məxsus 4 şirkəti dövlət qeydiyyatına alıb. Boyukmillet.com xəbər verir ki, bunlar “Axtaçı Obası”, “Təmiz Kənd”, “Yerli Media” və “Zəfər Parkı” MMC-lərdir. Onların hamısının hüquqi ünvanı adı çəkilən kənd, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Aqil Böyükağa oğlu Süleymanov, Həzi Babaxan oğlu Həsənov, Anar Əlisoltan oğlu Həbibov …
Read More »Azərbaycan XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib
“Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva söyləyib. Ermənistan XİN-in …
Read More »Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev vəfat edib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan ölüb. Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir. Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra …
Read More »Şahid: “Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib. O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində …
Read More »Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak olub
Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb. O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub. Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri …
Read More »Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, N.Paşinyan bu barədə hökumətin bugünkü iclasında danışıb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasını xatırladıb: “Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə müzakirələri görürük. Eləcə də avtomobil və dəmir yollarının bərpası məsələsi var. Biz daha geniş kontekst ala …
Read More »Azərbaycan bankları Qarabağın inkişafına cəlb oluna bilər
Bu gün Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə görüş keçirəcək. Boyukmillet.com xəbər verir ki, görüşdə Fondun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, İdarə Heyətinin sədri Rəhman Hacıyevin, ABA-nın prezidenti Zakir Nuriyevin və ölkədə fəaliyyət göstərən bankların rəhbərlərinin iştirak edəcəkləri gözlənilir. Tərəflər bankların Qarabağın inkişafına cəlb olunması, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edəcəklər.
Read More »Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, yaralananlar var
Türkiyənin İstanbul şəhərində qatar qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Tuzla rayonunda qeydə alınıb. Belə ki, Adapazarı-Pendik marşrutu üzrə hərəkət edən sərnişin qatarı Tuzladakı stansiyada dayanan sürətli qatara çarpılıb. Məlumata görə, qatarlar eyni relsdə olub. Hərəkətdə olan qatarın maşınistinin son anda diqqətli davranması nəticəsində qəza ölümlə nəticələnməyib. Qatarı saxlamağa çalışan maşınist buna müvəffəq olmasa da, sürəti azaltmağa …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
