Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub. Bu barədə Boyukmillet.com  “Cümhuriyyət”ə istinadən xəbər verir. Məlumata görə, hadisə İzmir əyalətində qeydə alınıb. Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var. Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis …

Read More »

Yeni nazir: “Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib”

“Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib. Hamımızın Azərbaycan idmanında olan çətinliklərlə bağlı məlumatımız var. Biz bu işlərin birlikdə öhdəsindən gəlməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir göstərdiyi etimada görə Prezident İlham Əliyevə təşəkkür edib: “Hesab edirəm ki, bu çox böyük məsuliyyətdir”.

Read More »

İraqda PKK terrorçuları məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalında PKK terror təşkilatının bölmələrinə hava zərbələri endiriblər. Bu barədə Boyukmillet.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hava zərbəsi nəticəsində PKK-nın 2 terrorçusu məhv edilib. Qeyd olunur ki, terrorçular “Pençe Yıldırım” əməliyyat bölgəsində aşkarlanıblar. Nazirlik antiterror əməliyyatlarının qətiyyətlə davam etdiriləcəyini bildirib.https://platform.twitter.com/embed/Tweet.html?dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2hvcml6b25fdHdlZXRfZW1iZWRfOTU1NSI6eyJidWNrZXQiOiJodGUiLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3NwYWNlX2NhcmQiOnsiYnVja2V0Ijoib2ZmIiwidmVyc2lvbiI6bnVsbH19&frame=false&hideCard=false&hideThread=false&id=1435254313077682184&lang=en&origin=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Firaqda-pkk-terrorculari-mehv-edilib63g%2F&sessionId=4487e4ce6b60e81630c9175db6eb85b74c959b20&theme=light&widgetsVersion=1890d59c%3A1627936082797&width=550px

Read More »

Sabah Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası olacaq

Sabah Bakıda Azərbaycan və Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək. Boyukmillet.com bildirir ki, bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib. Məlumata görə, iclasda Komissiyanın həmsədrləri, nazir Pərviz Şahbazovun, eləcə də Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, …

Read More »

Hikmət Hacıyev: “Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olacaq”

“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib. O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: “Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan dövlətinin istəyi ən tez zamanda məcburi …

Read More »

Azərbaycan Qətər şirkətlərini Qarabağa investisiya qoymağa çağırıb

“Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşümüzdə ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələri dəyərləndirdik, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi apardıq”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini işğaldan azadolunmuş ərazilərimizə investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsinə dəvət etdik”, – deyə o, qeyd edib.

Read More »

Terrorçuların hücumu nəticəsində Türkiyə hərbçisi şəhid olub

Suriyanın şimalında PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun hərbçisi şəhid olub. Boyukmillet.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, çavuş Muammer Yiğit “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə, El-Bab məntəqəsində həyatını itirib. M.Yiğitin 2 övladı olduğu qeyd edilib. Daha 4 hərbçinin yaralandığı bildirilib.

Read More »

Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Siz gənclər və idman naziri vəzifəsinə təyin edilirsiniz, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız. Ölkəmizin idman ictimaiyyəti sizi yaxşı tanıyır. Siz uzun illər idman …

Read More »

Azərbaycanda məktəblərdə və universitetlərdə əyani dərslərin başlanacağı tarix açıqlanıb

Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.

Read More »

Mövlud Çavuşoğlu: “Taliban”dan bizə heç bir dəvət gəlməyib”

“Bizə Əfqanıstanda yeni hökumətin elan olunması ilə bağlı keçiriləcək tədbirə heç bir dəvət gəlməyib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Əfqanıstanda yeni hökumət bütün qrupları əhatə etməlidir, əhatəedici olmalıdır. Sadəcə, “Taliban”dan ibarət, sadəcə puştun etnik qrupuna mənsub şəxslərdən təşkili doğru olmaz. Bu düşüncələrimizi “Taliban”la da paylaşmışıq”, – o deyib. M.Çavuşoğlu Əfqanıstandan miqrasiya dalğası məsələsinə …

Read More »