Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Türkiyədə Zəfər Bayramı günüdür

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. Boyukmillet.com xatırladır ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq …

Read More »

Birinci Qarabağ müharibəsində itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərin sayı açıqlanıb

“Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hazıra kimi məlumat vermir” Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Bu barədə  Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, onlardan 3 171 nəfəri …

Read More »

İtaliya klubu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Kevin Medina karyerasını İtaliyada davam etdirə bilər. Boyukmillet.com TMW nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə A Seriyasında çıxış edən “Salernitana” maraqlanır. Arxa xətti gücləndirmək istəyən klub kolumbiyalı oyunçunu hədəf alıb. Qeyd edək ki, Kevin Medina “Qarabağ”a 2020-ci ilin yayında keçib. Onun “köhlən atlar”la müqaviləsi 2022-ci ildə başa çatmalıdır. “Salernitana” cari mövsüm A Seriyasında keçirdiyi hər …

Read More »

Ermənistanın dövlət borcu 9 milyard dolları ötüb

Ermənistanın dövlət borcu artıq 9 milyard ABŞ dollarını ötüb. Yerli hökumət cari ilin yanvarından iyulunadək ölkənin dövlət borcunu daha 1 milyard dollar artırıb. Bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd edilir ki, avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana 175 milyon ABŞ dolları məbləğində kreditin verilməsi haqqında qərarı qüvvəyə minib. İyulun 31-ə olan məlumata əsasən, Ermənistanın dövlət borcu 8,973 milyard dram təşkil …

Read More »

Bu gün ali məktəblərə və kolleclərə ixtisas seçimi başa çatır

Bu gün ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı başa çatır. Boyukmillet.com xəbər verir ki, yaxın 3-4 gün ərzində yoxlamalar bitəcək və nəticələr elan olunacaq. Qeyd edək ki, bundan sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan ediləcək.

Read More »

Yunanıstanın sabiq səfirinin arvadı ərini qətlə yetirdiyinə görə 31 il həbs cəzası alıb

Yunanıstanın Braziliyadakı sabiq səfiri Kiriakos Amiridisin arvadı Fransuaza de Souza Oliveyra ərini 2016-cı ildə qətlə yetirdiyinə görə azadlıqdan 31 il müddətinə məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə G1 portalı bildirib. “Məhkəmə Fransuaza de Souza Oliveyranı 31 il, onun məşuqu, polis Serjiu Moreyrunu isə 22 il müddətinə azadlıqdan məhrum edib”, – nəşr qeyd edib. Polisin qohumu Eduard Moreyra səfirin meyitini gizlətdiyinə …

Read More »

Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub

Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər. Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu. Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. …

Read More »

Ərdoğan ən yeni PUA-nın Türkiyə ordusuna qəbul edildiyini bildirib

Yeni uzaq mənzilli pilotsuz uçuş aparatı “Bayraktar Akinci” Türkiyə ordusunun silahlandırılmasına daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib. “Bu gün biz dünyada ən yaxşı silahlardan biri, ağır “Bayraktar Akinci” pilotsuz uçuş aparatının ordumuzun arsenalına əlavə olunmasını alqışlayırıq. Bu, bizim müstəqilliyimizin daha bir simvoludur. Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu. Biz Türkiyəni pilotsuz …

Read More »

Prezident İlham Əliyevə və Mehriban Əliyevaya Şuşanın baş planı təqdim olunub

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən …

Read More »

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında iştirak ediblər

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə …

Read More »