Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

Putin Əfqanıstanla bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib. Toplantıda Rusiya Baş naziri Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, katibi Nikolay Patruşev və digər vəzifəli şəxslər iştirak edib. “Biz Əfqanıstandakı hadisələrlə bağlı vəziyyəti …

Read More »

30 Avqust – Zəfər bayramı Quzey Kıbrıs Türk Cümhuriyyətində də qeyd olunacaq

Türk tarixinin ən önəmli zəfərlərindən olan 30 Avqust Zəfərinin 99-cu ildönümü Türkiyə ilə birlikdə Quzey Kıbrıs Türk Cümhuriyyətində də qeyd olunacaq. Boyukmillet.com xəbər verir ki, bayram tədbirləri çərçivəsində avqustun 30-da paytaxt Lefkoşa və bütün qəsəbələrdə mərasimlər düzənlənəcək. COVID-19 tədbirləri çərçivəsində bütün mərasim və şənliklər sosial məsafə və maska taxılması qaydalarına əməl etmək məcburi olacaq.

Read More »

Vaqif Gərayzadə koronavirusa yoluxub: “Özümü yaxşı hiss edirəm”

Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə koronavirusa yoluxub. Bu barədə “Report”a 60 yaşlı bəstəkar özü məlumat verib. O bildirib ki, səhhəti yaxşıdır: “Özümü yaxşı hiss edirəm, xəstəliyi yüngül keçiririəm. Hər şey normaldır və heç nəyə ehtiyac yoxdur”.

Read More »

Türkiyə Prezidenti: “Taliban” bizə aeroportun fəaliyyətini təmin etməyi təklif edib”

“Bizim kiminlə harada, nə zaman, necə görüşmək barədə icazə alacaq lüksumuz yoxdur”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən əvvəl Atatürk Hava Limanındakı çıxışı zamanı deyib. “Əfqanıstan xalqının sülh və dincliyi üçün 20 ildir töhfələr veririk. Əfqanıstanda prioritet vətəndaşlarımızın təxliyəsidir. Bütün qurumlarımız bu prosesi yaxından izləyir. Təxliyələri ən qısa və sürətli şəkildə tamamlayacağıq”, …

Read More »

Ermənilər həyəcan içərisində sülhməramlıların rəhbərini axtarır: Rüstəm Muradov yoxa çıxıb? – AÇIQLAMA

“Azərbaycan tərəfi Qafan-Gorus yolu ilə bağlı ermənilərlə danışıqlardan imtina edib. Rus sülhməramlılarının komandanlığının gəlməsi tələb edilib. Rüstəm Muradov isə hazırda məzuniyyətdədir”. Bu barədə Konkret.az-a fikir bildirən araşdırmaçı jurnalist Asif Nərimanlının sözlərinə görə,  Rusiya sülhməramlıları erməniləri əmin ediblər ki, yol açılacaq. Lakin ermənilərin alternativ yoldan istifadə etmək üçün hərəkətə keçmələri, istəklərinə hələ nail olmadıqlarını göstərir: “Əsas hissəsi torpaq olan alternativ yola yük maşınını salıblar. …

Read More »

Ümumi təşəkkür mədəniyyət(sizliy)imiz – Məhəmmədəli QƏRİBLİ

Azərbaycanda çox lazımsız bir ənənə formalaşıb. İş burasındadı ki, bunu hamı görür, ancaq reaksiya verən yoxdur. Məsələn, biri övladına toy edir. Görürsən ki, məclisə 300-400 adam dəvət edib. Toy başlayan kimi, ata mikrafonu əlinə alıb, xoşgəldim edir. Bir çox hallarda nəyin şahidi oluruq? Valideyn deyir: “ Hörmətli qonaqlar, məclisimizdə filan rayonun prokuroru olan , çox hörmətli qonağımız iştirak edir. Gəlin …

Read More »

Azay Quliyev seçicilərilə görüş keçirib

Avqustun 26-da deputat Azay Quliyev 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, 3b saylı binanın həyətində açıq havada seçiciləri ilə görüş keçirib. Görüşdə iştirak edən seçicilər binalarının həyətində yeni tikilən hündür mərtəbəli yaşayış binasının yaratdığı çətinliklər, kommunal və məşğulluq ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon …

Read More »

MN: “Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub. Müdafiə Nazirliyindən bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qarabağ rayonunda qeydə alınıb. Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub. Hadisənin təfərrüatı araşdırılır/Report.

Read More »

Azərbaycan yolu bağlayıb: Ermənistan iflic durumda – FOTOLAR

 Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Gorus-Qafan yolunu bağladıqları üçün yüzlərlə yük maşın Ermənistan və İranda “ilişib qalıb”. Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının hərəkətləri də ləğv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.  Qeyd olunur ki, Goris-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir. Tehran-İrəvan-Tehran avtobus marşrutu üzrə sərnişin daşımaları ilə məşğul olan bir …

Read More »