Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

100 yaşlı elm və təhsil məbədi

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram! Heydər ƏLIYEV Ümummilli lider Yüz il əvvəldən bu günə Bu il ölkəmizin ən qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100-cü ildönümü tamam olur. Azərbaycan ziyalılarının milli təəssübkeşliyi, əzmkarlığı və fədakarlığı sayəsində yaradılmış uni­versitet çətin, mürəkkəb və şərəfli bir yol keçmiş, milli düşüncənin inkişafına, peda­qoji və elmi-pedaqoji kadrların hazırlığına …

Read More »

SON DƏQİQƏ: Əsgərimiz rusların nəzarətində olan əraziyə keçdi

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Read More »

Azərbaycanda ilk dəfə Qarabağın bərpası ilə bağlı sərgi keçiriləcək

Cari ilin oktyabr ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür. Payız sərgiləri Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir və bu mövsüm çərçivəsində dörd sərgi keçiriləcək ki, onlardan biri də ilk dəfə təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisidir. Bu barədə “Caspian Event Organisers” şirkətindən bildirilib. Sərgi mövsümü …

Read More »

Bu ilin sonunadək Azərbaycan məhsulları Rusiyada üç sərgidə nümayiş olunacaq

2021-ci ilin sonunadək İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri öz məhsullarını Rusiyanın Moskva şəhərində keçiriləcək “Heimtextil Russia 2021” və “WorldFood 2021”, Çinin Şanxay şəhərində təşkil olunacaq “Çin Beynəlxalq İdxal Sərgisi” (CIIE) sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Bu barədə “Boyukmilet.com” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Bu ilin 14-16 sentyabr tarixlərində keçiriləcək “Heimtextil Russia …

Read More »

Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə danışıb. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, nazir Türkiyə Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirdiyini bildirib. “Hava limanında fövqəladə sıxlığa və şərtlərə rəğmən önəmli bir problem olmadan personal tərəfindən planın tam tətbiq edilməsi üçün bütün işlər görülmüşdür. Fəaliyyətimizə dəstək verdiyinə görə dost və qardaş Pakistan, Tacikistan və bölgədə …

Read More »

Rus mediası: Azərbaycan Ermənistanla İranı birləşdirən yolu bağladı – FOTO

Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan yolunu bağlayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Yolun tamamilə boşaldıldığı, avtomobillərin təxliyə edildiyi bildirilib. Ermənistan tərəfinin hazırda yolun açılması ilə bağlı danışıqlar apardığı bildirilib. Qeyd edək ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirən əsas avtomobil yoludur.

Read More »

Azərbaycanla Qazaxıstan arasında vizasız gediş-gəliş haqqında sənədə dəyişiklik edilib

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2 oktyabr 2009-cu il tarixdə imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə Protokol şəklində dəyişikliklər edilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumat verilib. Bildirilib ki, həmin Protokolla Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aşağıdakı dəyişiklik olunub: – Bir Tərəfin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində 30 gündən artıq müddətdə qaldıqda, həmin …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.08.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2 % artaraq 2,0001 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0230 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,00011 Rusiya rublu0,02301 Avstraliya dolları1,23491 Argentina pesosu0,01741 Belarus rublu0,67871 Braziliya rialı0,32601 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1136100 Cənubi Koreya vonu0,14531 Çexiya kronu0,0783100 Çili pesosu0,21681 Çin yuanı0, 26231 Danimarka kronu0,26891 Gürcü …

Read More »

Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib. Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib. Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.

Read More »

MN: “Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »