Şənbə , 13 Dekabr 2025

Yearly Archives: 2021

MN: “Ermənistan silahlı qüvvələri Tovuzdakı mövqelərimizi atəşə tutub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq. AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Report”a açıqlamasında məlumatı təsdiqləyib: “Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 …

Read More »

Azərbaycanın iki hərbçisi yol qəzasında həlak olub

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin …

Read More »

Ordumuzun raket və artilleriya bölmələri HƏRƏKƏTƏ KEÇDİ – VİDEO

Azərbaycan Ordusunda Raket və Artilleriya birləşmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir. Boyukmillet.com xəbər verir ki, artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqelərini tutur və döyüş atışlarını icra edirlər.

Read More »

“İki ölkə erməniləri revanşa hazırlayır!”

Son günlər Ermənistanla yanaşı, Rusiya və İranın da bəzi addımları regionda vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. İranın yük avtomobilləri Laçın dəhlizini keçməklə erməni separatçılarına hansısa müəmmalı yüklər çatdırır və Rusiya sülhməramlıları buna hər cür şərait yaradır. Sülhməramlılar Ermənistan ordusunu və separatçıların qalıqlarını bu ərazilərdən çıxarmaq əvəzinə, onlara hansısa postların qurulmasında yardım göstərir, Ermənistandan Qarabağa hərbi qüvvələrin daşınmasına göz yumurlar. Rəsmi …

Read More »

Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının – SİYAHISI

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılır. Boyukmillet.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur. Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və …

Read More »

Xalq artisti Vaqif Əliyev vəfat edib

Xalq artisti Vaqif Əliyev vəfat edib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. V.Əliyev avqustun 13-də Yasamal qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə …

Read More »

Azərbaycan Ordusunda artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilir

Azərbaycan Ordusunda Raket və Artilleriya birləşmələrinin 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq döyüş atışlı təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Artilleriya bölmələri təlimlərdə cəmləşmə rayonlarına çıxaraq atəş mövqelərini tutur və döyüş atışlarını icra edirlər.

Read More »

İran parlamenti yeni hökumətin tərkibini müzakirəyə çıxarıb

İran parlamenti Prezident İbrahim Rəisinin nazir postlarına təklif etdiyi namizədlərlə bağlı müzakirələrə başlayıb. Boyukmillet.com “Tasnim”ə istinadən xəbər verir ki, qanunverici orqanın sədri Məhəmmədbaqer Qalibaf siyahını parlament üzvlərinə təqdim edib. Hökumətin tərkibi parlament tərəfindən təsdiqləndikdən sonra nazirlər səlahiyyətlərinin icrasına başlayacaq. Qeyd edək ki, iyunun 18-də İranda prezident seçkiləri keçirilib. İbrahim Rəisi seçicilərin 62 faizinin (17.9 milyon) səsini qazanaraq prezident seçilib. O, avqustun …

Read More »

Bu il Ceyhan limanından 121 milyon bareldən çox BTC nefti nəql edilib

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 121,271 milyon barel xam neft nəql edib. Boyukmillet.com şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 167 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Ümumilikdə indiyə qədər limandan 3 milyard 692,2 milyon barelə yaxın xam neft 4 826 tankerə yüklənib. BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan …

Read More »