Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından …
Read More »Yearly Archives: 2021
Azərbaycanı dünya çempionatında təmsil edəcək sərbəst güləşçilər məlum olub
Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının Rusiyanın Ufa şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.Federasiyadan verilən məlumata görə, bu gün böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında sözügedən ölkəyə yollanan yığmanın heyətində Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf …
Read More »Türkiyənin 5 şəhərində leysan yağışlarla bağlı əhaliyə xəbərdarlıq edilib
Türkiyənin Rize, Ordu, Giresun, Trabzon və Artvin şəhərlərində şiddətli yağışların yağması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbərdarlıq edib. “Ani sel, su basması və ildırım vurması təhlükələrinə qarşı tədbirli olun”, – məlumatda bildirilib. Qeyd edək ki, Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərində leysan yağışları səbəbindən əmələ gələn sel dağıntılara …
Read More »Azərbaycanda saxta COVID-19 pasportu verən həkimlərin diplomunun ləğvi təklif olunur
Bəzən sosial şəbəkələrdə vətəndaşların müxtəlif yollarla saxta COVID-19 pasportu əldə etmələri ilə bağlı iddialar səsləndirilir. Belə halların olması isə bir tərəfdən yoluxma hallarının artması, digər tərəfdənsə dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir. Vətəndaşları saxta pasport əldə etməkdən necə çəkindirmək olar? Bu kimi halların aradan qaldırılması üçün hansı işlər görülməlidir? Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov açıqlamasında …
Read More »Ermənistan silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub
Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Read More »Ordumuz hər gün zərbə endirməlidir, yoxsa… – Politoloq
Bakı heç bir halda Qarabağda Ermənistan Silahlı Qüvvələrinin olmasını qəbul etməyəcək. Məhz bu səbəbdən Rusiya Federasiyasının sülhməramlıları ilə işləmək mexanizmləri və üsulları yenidən nəzərdən keçirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib. “Görünür ki, Azərbaycan silahlı qüvvələri hər gün Qarabağda gizlənən erməni terrorçularının mövqelərinə, silah-sursat bazalarına, anbarlarına və texnikalarına zərbələr endirməlidir …
Read More »Atatürkə aid olan əsa hərraca çıxarıldı – Foto
Mustafa Kamal Atatürkə aid olan əsa hərraca çıxarılıb. Boyukmillet.com xəbər verir ki, 1932-ci ildə Şah Rza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanmış 92 santimetr uzunluğunda olan əsa auksion evində satışa qoyulub. Belə ki, Atatürk təsvirinin yanında Şah Rza Pəhləvi, Cəmşid, Keykavus və Bəhram kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq. Auksionu təşkil edən Hüseyn Qocabaş …
Read More »“Azərbaycanın məqsədi odur ki…” – Erməni ekspert Bakının hədəfindən DANIŞDI
“Azərbaycan tərəfi niyyətlərini gizlətmir, sərhədləri müəyyən etməyə, sülh müqaviləsi bağlamağa və “Zəngəzur dəhlizi” adlandırılan ərazidən istifadə etməyə çalışır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Arutyunov erməni mediasına açıqlamasında deyib: “Bu, son aylarda baş verən prosesin davamıdır. “Artsax” istiqamətində aktivləşmə yeni bir şey kimi görünə bilər, amma bu belə deyil. Tərəflərin rəsmi açıqlamalarına baxsaq, görə bilirik ki, …
Read More »Ehtiyatda olan baş leytenanta əlillik verilməsindən imtina edilməsi xəbəri əsassızdır
“Sosial şəbəkə səhifəsində ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna guya əlillik verilməsindən imtina edilməsi barədə yayılan məlumat əsassızdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb. “Nə onun özü, nə də aidiyyəti qurumla dəqiqləşdirilmədən belə həqiqətdən uzaq məlumat payaşılması media prinsiplərinə və peşəkarlığına ziddir. Vətən müharibəsində yaralanmış Yusif Dəmirov əlilliyinin qiymətləndirilməsi üçün …
Read More »Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət edib
Türkiyənin Əfqanıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirlik saytında məlumat yayıb. Bildirilib ki, ölkənin böyük qismində yaranmış təhlükəsizlik problemləri ilə bağlı Əfqanıstana səyahət edən və ya bu ölkədə yaşayan Türkiyə vətəndaşlarının təcili şəkildə səfirlik, baş konsulluqlara müraciət etmələri və əlaqə məlumatlarını təqdim etmələri vacibdir. “Vətəndaşlarımıza toqquşmaların olduğu regionlardan uzaq olmağı, təhlükəsizliklə bağlı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
