Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Atatürkə aid olan əsa hərraca çıxarıldı – Foto

Mustafa Kamal Atatürkə aid olan əsa hərraca çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, 1932-ci ildə Şah Rza Pəhləvi tərəfindən Mustafa Kamal Atatürkə hədiyyə olaraq hazırlanmış 92 santimetr uzunluğunda olan əsa auksion evində satışa qoyulub.

Belə ki, Atatürk təsvirinin yanında Şah Rza Pəhləvi, Cəmşid, Keykavus və Bəhram kimi liderlərin təsvirlərini özündə cəmləşdirən əsanın gəliri Türk Təhsil Vəqfinə bağışlanacaq.

Auksionu təşkil edən Hüseyn Qocabaş hərraca çıxarılan əsasının ən dəyərli və seçilən bir sənət əsəri olduğunu vurğulayıb.

Qeyd edək ki, satışın qiyməti açıqlanmayıb. 

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …