“Taliban” hərəkatının nümayəndə heyəti Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulova ölkədə yaranmış gərgin vəziyyətin sülh yolu ilə həllinə sadiqliyini açıqlayıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki rəsmi nümayəndəsi Suheyl Şahin bildirib. “Siyasi ofisin (“Taliban”) başçısı molla Baradar Axund və onu müşayiət edən nümayəndə heyəti Rusiya Federasiyası prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulovla görüşdü. …
Read More »Yearly Archives: 2021
Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutub
Bu gün saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində və Çəmbərək rayonu ərazisində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan, o cümlədən snayper tüfənglərindən atəşə tutub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun şəxsi heyəti …
Read More »BMT Azərbaycan və Ermənistana çağırış edib
“BMT-nin ərazidə (Qarabağda-red) monitorinq missiyası yoxdur. Biz bütün tərəfləri mülki vətəndaşların təhlükəsizliyini və sakitliyini təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırırıq”. Bunu BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü Stefan Dujarrik mətbuat konfransında “Report”un ABŞ nümayəndəsinin Ermənistanın Azərbaycanla sərhədin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejiminə riayət etməməsi və atəşkəsi müxtəlif istiqamətlərdə pozmasına beynəlxalq təşkilatın səssiz qalması ilə bağlı sualını cavablandırarkən …
Read More »Ərdoğan meşə yanğınlarında terror izinin olduğunu istisna etməyib
“Meşə yanğınlarının başvermə səbəbi kimi bütün ehtimallara diqqət yetirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bildirib ki, meşə yanğınlarının başvermə səbəbi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bütün qurumlar yanğınların baş verdiyi yerlərdə araşdırmalar aparıblar: “Saxlanılanlar da var, həbs edilənlər də. Kəşfiyyat məlumatlarımız var. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik kəşfiyyatı tərəfindən …
Read More »Türkiyə səfiri: “Azərbaycan kədərli günümüzdə yanımızda oldu”
“Türkiyədə yanğınlar 14 gündür davam edir. On dörd gündür Azərbaycanın hər cür dəstəyini görürük. İlk dəqiqədən etibarən dəstəyini hiss etdirən cənab prezident İlham Əliyevə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. O, qeyd edib ki, Azərbaycan bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verib. “Azərbaycan 31 iyul 2021-ci il tarixində başlayan …
Read More »Dağ Kəsəmən kəndi yenilənir-FOTOLAR
Boyukmillet.com xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Dağ Kəsəmən kəndində həyata keçirilən abadlıq, yenidənqurma işləri çərçivəsində , əsaslı yenidən qurulan mərkəzi avtomobil yolunda, eləcə də kəndin ərazisində Ağstafaya girişi ifadə edən lövhənin tikintisindəki son tamamlama işlərini nəzərdən keçirib. iH-nin başçısı eyni zamanda sakinlərin təklif və fikirlərini öyrənib,inşaat işlərinə dair müvafiq tövsiyələr verib.
Read More »Toy dəvətnamələrinin üzərində peyvənd barədə xatırlatma olmalıdır – Yeni tələblər açıqlandı
Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər açıqlanıb. Trend-in məlumatına görə, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasina dair metodiki göstərişlər hazırlanıb. Yeni tələblərə əsasən dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatman qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir.
Read More »Təhlükəli çağırışlar edən din xadiminə münasibətdə DİN daha prinsipialdı, nəinki QMİ…
Samir Adıgözəlli: “Yoluxmanın çox yüksək faizə çatdığı bir vaxtda lənkəranlı ruhaninin özbaşına çağırış etməsi qətiyyən yolverilməzdir və DİN-in də ona xəbərdarlığı tam yerindədir” Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə “Facebook” profili vasitəsilə canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb. Bu barədə mətbuata məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib. O bildirib ki, bununla …
Read More »Deputat: “Saxta COVID-19 pasportu hazırlayan şəxslər cəzalandırılacaq”
“Dövlətimiz insanların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir. Peyvənd olunmayıb insanların həyatını riskə atan, saxta COVID-19 pasportu hazırlamağa çalışan şəxslər məsuliyyətə cəlb olunur, olunacaq da”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib O, vətəndaşları vaksin olunmağa, özlərinin və digər insanların həyatını təhlükəyə atmamağa çağırıb: “Biz insanlara izah etməyə çalışırıq ki, dövlət həmin vaksinlərə pul xərcləyir, milyonlarla doza …
Read More »Prezident iki yeni vitse-prezident TƏYİN ETDİ – SƏRƏNCAM
Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
