Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. Bu gün Azərbaycan-Qətər münasibətləri dinamik inkişaf yolundadır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun …

Read More »

İlham Əliyev peşə məktəblərində çalışanların maaşını artırıb – SƏRƏNCAM

Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının …

Read More »

Azərbaycanda minimum əməkhaqqı artırılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib. Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan …

Read More »

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları təltif edilib – SİYAHI

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Siyavuş Hüseyn oğlu Quliyev Fəlah Fəxrəddin oğlu Mustafayev Zahid Seyfəddin oğlu Tahirov Rasim Firudinoviç “Dövlət qulluğunda fərqlənməyə …

Read More »

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil olunub

Dekabrın 14-də BMT-nin qərargahı Tailandın Banqkok şəhərində yerləşən Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) Nəqliyyat üzrə 4-cü Nazirlər Konfransı hibrid formatda öz işinə başlayıb. Məlumata görə, iclasda əksər üzv ölkələrin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edirlər. Sessiyanın ötən gün keçirilmiş nazirlərin çıxışı seqmentində azərbaycanlı nazir Rəşad Nəbiyevin video …

Read More »

Milli Məclisin sədri Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Rumıniyanın ölkəmizdəki səfiri Vasili Soare ilə görüşüb. Qonağı salamlayan spiker, ona ölkəmizdə diplomatik fəaliyyətndə uğurlar arzulayıb. Milli Məclisin sədri qeyd edib ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqının üzv ölkələri arasında isə ilk ölkədir. Sədr vurğulayıb ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər inikişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bildrilib ki, …

Read More »

Ukraynanın Vatikanda səfiri: “Azərbaycanın dini abidələri işğal zamanı dağıdılıb”

“Azərbaycan haqqında danışarkən ümumi tezis belədir ki, müxtəlif etnoslar və dinlər arasında heç bir nifrət və anlaşılmazlığın olmadığı dövlətdir. Bu hər bir millətin, hər bir dini istiqamətin özünü rahat hiss etməsi üçün qarşılıqlı əlaqə yaratmağın canlı nümunəsidir”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Vatikan dövlətində yeni təyin olunmuş səfiri Andrey Yuraş deyib. “Təəssüf ki, özüm Azərbaycanda olmamışam. Ancaq onun haqqında …

Read More »

Azərbaycan gələn il üçün müdafiə təyinatlı məlumatlar üzrə sifarişlər alıb

“Ötən il 156 adda silah və hərbi texnikanın yaradılması həyata keçirilib”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu il 1000-dən artıq adda müdafiə təyinatlı məhsullar mənimsənilib, müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin anbarlarına təchiz edilib: “Gələn il üçün nazirliyin müəssisələrində istehsal olunacaq müdafiə təyinatlı məhsullarla bağlı sifarişlər almışıq. Bu …

Read More »

Bu il Azərbaycanda hərbi məhsulların istehsalı 10 faiz artıb

“Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan ümumi məhsul həcminin 60 %-dən çoxunu ixraca yönəltmək mümkün olub”. Boyukmillet.com xəbər verir ki, bunun nəticəsində nazirliyin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilib. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ümumi istehsal həcmi 2020-ci illə müqayisədə 10 % artıb.

Read More »

Azərbaycan 66 adda yeni silah və hərbi texnika istehsal edəcək

“Hazırda 66 adda müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, gələn ilin birinci yarısı üçün mənimsənilərək seriyalı istehsala başlanılması planlaşdırılır.

Read More »