Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib. Boyukmillet.com-un məlumatına görə, görüşün nəticəsi olaraq İslamabad bəyannaməsi imzalanıb. Sənəddə deyilir: “Nazirlər, Üç ölkə arasında mövcud olan qardaşlıq, …
Read More »Yearly Archives: 2021
Türkiyədə Çin vaksininin tətbiqinə icazə verilib
Türkiyədə Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininin tətbiqinə icazə verilib. Boyukmillet.com NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır. F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.
Read More »Samir Adıgözəlli: “Burada Ermənistanın Mehri dəhlizi vasitəsilə Naxçıvana dəhlizin açılması da nəzərdə tutulur”
Ötən ilin noyabrında imzalanan atəşkəs haqqında bəyanatın 63-cü günündə Moskvada üçtərəfli görüş keçirildi. Tədbirin təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putin idi. Toplantının sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Görüşdə imzalanan sənədin 2-ci maddəsində bildirilib: “İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu …
Read More »Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir – Əhməd İsmayılov
“Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək. Boyukmillet.com-un məlumatına görə, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var. Ə.İsmayılov əlavə edib …
Read More »Türkiyə XİN: “Pakistanla hərbi əməkdaşlığı gücləndirəcəyik”
“Pakistanın xarici işlər naziri Şah Mahmud Hüseyn Qureyşi ilə Maarif Vəqfinin fəaliyyəti haqda memorandum anlaşmasını imzaladıq”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib. Türkiyəli nazir qeyd edib ki, ölkələr arasında əlaqələri gücləndirəcək 71 maddəlik yol xəritəsi də müzakirə edilib. “Ticarətimizi gerçək potensialına çatdıracağıq. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, …
Read More »Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunur
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail …
Read More »“E-manat” və “MilliÖn”dən külli miqdarda pul oğurlanıb
Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərinin rayonun Qazma …
Read More »Azərbaycan Prezidentinə qılınc hədiyyə edildi – FOTOLAR
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Read More »Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb. Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə …
Read More »Hacıqabulda fermada yanğın olub
Hacıqabul rayonunda fermada yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, rayonun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 12 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
