Vətən müharibəsində yaralanan qazilərə psixoloji yardımlar edilməsi üçün peşəkar mütəxəssislər cəlb olunacaq. Boyukmillet.com -un xəbərinə görə, bu məqsədlə Türkiyədən 15 peşəkar həkim bu halı müalicə etmək üçün Azərbaycana səfər edəcək Türkiyəli mütəxəssis-həkimlərin yanvarın 20-də Azərbaycana gələcəyi gözlənilir.
Read More »Yearly Archives: 2021
Sumqayıtda jurnalistin avtomobili qarət edilib
Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib. Boyukmillet.com-un xəbərinə görə, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb. Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib. Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb. Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib. İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. DİN-dən “Report”a bildirilib ki, hadisə artıq …
Read More »Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya hazırlıq başlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Yeni klinika tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVID-19 vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verib. Boyukmillet.com xəbər verir ki, təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in …
Read More »Azərbaycanda yeni quş növü aşkarlandı
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı ornitoloq Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının faunasında yeni quş növünü – üçbarmaq qağayını (latınca adı “Rissa tridactyla”-red) aşkar edib. Bu barədə Boyukmillet.com AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətinə istinadən xəbər verir. …
Read More »Ağcabədidə əl qumbarası, Ağstafada aviabombalar aşkarlandı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub. ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi və Ağstafa rayon Polis Şöbələrinin əməkdaşları əraziyə göndərilib və birlikdə …
Read More »Vətən müharibəsi qazisi intihar etdi
Vətən müharibəsi qazisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün müalicə aldığı hərbi hospitalda intihar edib. Boyukmillet.com xəbər verir ki, o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alırdı. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan V.Musayev Vətən müharibəsində gərgin …
Read More »Türkiyəli jurnalist: “Rusiya və İranın Azərbaycana təsiri qalmayacaq” – MÜZAKİRƏ
“Gedişat türk birliyinə doğrudur”“İqtisadi cəhətdən güclü dövlətlərdən ibarət və Avropa Birliyinə bənzər Türk ittifaqının yaradılması artıq xəyal deyil”“Beləliklə, Azərbaycan Qafqazın, hətta Orta Asiyanın ən güclü dövlətlərindən olacaq” Üzərindən müəyyən müddət keçməsinə rəğmən, İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı möhtəşəm qələbə hələ də dillərdədir. Şübhəsiz, bu barədə ən çox danışanlar jurnalistlərdir. Özü də təkcə yerli yox, həm də əcnəbi media nümayəndələri. Çünki …
Read More »Ermənilərin azərbaycanlı hərbçinin meyitini yandırması ilə bağlı cinayət işi açıldı
Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılmışdı.Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt …
Read More »“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər. Bu dəyişikliyə qədər vəzifəli şəxslər şərti maliyyə vahidinin …
Read More »Deputat: Maxinasiyalarla məşğul olanlar Qarabağ layihələrinə yaxın buraxılmamalıdır
Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qarabağ Dirçəliş Fondu” ilə bağlı fikirlərini təqdim edirik: – Dünən Azərbaycan Prezidenti “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman verdi və elə həmin gün də Fondun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalandı. Bu sənədlərə münasibətiniz. – Biz 2020-ci il sentyabrın 27-dən bəri Azərbaycan tarixinin çox şərəfli və çox qürurverici bir dövrünü …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
