Ölkəmizdə və dünyada koronavirusa yoluxanların sayı günü-gündən artmaqdadır. Mövcud vəziyyət insanları virusdan qorunmaq üçün müxtəlif üsullara əl atmağa vadar edir. Bu barədə həkimlər də zaman-zaman mediada çıxış edir və koronavirusu yox edən və ya virusdan qorunmaq üçün bəzi təbabət vasitələrinin qəbul edilməsi barədə məsləhətlər verirlər. Boyukmillet.com xəbər verir ki, tibb üzrə ekspert Aydın Əliyev təbabət vasitələrin COVID-19-la mübarizədə yalnız köməkçi vasitələr …
Read More »Yearly Archives: 2021
Prezident və birinci xanımdan Teymur Rəcəbova TƏBRİK
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan qrossmeysteri Teymur Rəcəbovu təbrik ediblər. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Əziz Teymur, “Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik. Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir. …
Read More »Mahir Məmmədov: “Teymur Rəcəbovun uğuru siyasi qələbədir”
“Hamını təbrik edirəm. Bu, çox gözəl, hətta deyərdim ki, siyasi qələbədir”. Bu fikirləri açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirində qələbəsi barədə təəssüratlarını bölüşərkən deyib. O, 33 yaşlı qrossmeysterin turnirdə çox gözəl çıxış etdiyini bildirib: “Daniil Dubovu necə məhv etdiyini gördünüz. Final …
Read More »Daha üç rayonda şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Lənkəranın Ürgə kəndində şəhid polkovnik-leytenant Mehman Şirvanovun, Masallı rayonunda şəhid Murad Nefesovun və Biləsuvarın Nəsimi kəndində şəhid Seyran Vəliyevin ailələrində olublar. Nazirlikdən verilən məlumata görə, hər üç şəhid ailəsinə Prezidentin aylıq təqaüdü, sosial müavinətlər artıq təyin edilib. Fondun sədr müavini Mətin Əsgərli bu barədə şəhid ailələrinə məlumat verib, təqaüd …
Read More »Son iki gündə 6 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
Son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 6 nəfər barəsində cinayət işi başlanılıb.
Read More »DİN: 2 225 nəqliyyat vasitəsi geri qaytarılıb
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan …
Read More »Saatlıda karantin rejimini pozan 2 çay evi aşkarlandı
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə xidmət edən 2 çay evi aşkar edilib. Hər 2 çay …
Read More »Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından …
Read More »Bakıda 37 yaşlı qadın yol qəzasında xəsarət aldı
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Məlikova Samirə Yusif qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Read More »Türkiyədə növbəti dəfə zəlzələ oldu
Türkiyənin Diyarbəkir əyalətində 3,3 bal gücündə zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası və Zəlzələni Araşdırma İnstitutu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Kulp rayonunda yerli vaxtla saat 00:41-də qeydə alınıb. Zəlzələ ocağı Kulp rayonunda, 5 kilometr dərinlikdə yerləşib. Bu, qonşu ölkədə son iki gündə qeydə alınan ikinci təbii hadisədir. Türkiyədə dünən də 4,2 bal gücündə zəlzələ …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
