Bazar , 14 Dekabr 2025

Yearly Archives: 2021

Rusiya XİN Türkiyə və Ermənistan arasında vasitəçilik etməyə hazırdır

Rusiya münasibətlərin normallaşması üzrə dialoqda Ermənistan və Türkiyə arasında vasitəçilik etməyə, istənilən formada yardım göstərməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. “İlkin şərtlər irəli sürülməsindən imtina etməyi, tədricən etimad və mehriban qonşuluq mühitinin formalaşmasına yol açan qarşılıqlı məqbul hesab olunan mövzulara və addımlara köklənməyi vacib hesab edirik”, – …

Read More »

Türkiyə lirəsinin məzənnəsi nisbətən sabitləşib

Türkiyə bazarında dolların məzənnəsi 12,2 – 12,3 lirə arasında dəyişir. Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə Mərkəzi Bankı gələn il “üzən” məzənnə siyasətinə davam edəcəyini açıqlayıb. Həmçinin orta illik inflyasiya hədəfi 5 faiz səviyyəsində götürülüb.

Read More »

Sumqayıtda əməliyyat zamanı 2 polis bıçaqlanıb

Sumqayıt şəhərində “Azpetrol”un yaxınlığında polis əməkdaşları bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov …

Read More »

Fransada eyni gündə iki məscidə hücum olub

Ötən gecə Fransada iki məscidə hücum olub. Boyukmillet.com  “Habertürk”ə istinadən xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb. Məscidlərin divarına “Müsəlmanlar zərərlidir” kimi sözlər yazılıb. Fransa Türk Müsəlman Dərnəkləri Koordinasiya Komitəsi bu barədə açıqlamasında son vaxtlar ölkədə İslamofobiya meyillərinin artdığını və müsəlmanların birbaşa təzyiqlərə məruz qaldığını bildirib. Qeyd edək ki, son hadisə ilə bağlı araşdırma başlanıb.

Read More »

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qayda dəyişib

Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul …

Read More »

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxıb

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat paylaşıb. V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb: “Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək …

Read More »

Azərbaycan XİN başçısı Antalya Diplomatiya Forumuna dəvət olunub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gələn ilin martında keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət olunub.  Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, C.Bayramov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını qəbul edib. Tərəflər iki ölkə arasında ən yüksək səviyyədə inkişaf edən qarşılıqlı əməkdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar. 2021-ci ilin hər iki dövlət üçün həm ikitərəfli münasibətlərin …

Read More »

Prezident İlham Əliyev əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır. Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.

Read More »

Ceyhun Bayramov Əlcəzairin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanı qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfir Abdeluahab Osmanın etimadnaməsinin surətini qəbul edən nazir Ceyhun Bayramov Əlcəzair səfirini təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanın Əlcəzair ilə münasibətlərin inkişafına yüksək əhəmiyyət verdiyini qeyd edib …

Read More »

Vladimir Putin əcnəbilərin Rusiya vətəndaşı olmasını sadələşdirir

Rusiya Prezidenti Vladimir Putin əcənəbilərin vətəndaşlığa qəbul olunmasının sadələşdirilməsi ilə bağlı qanun layihəsini Dumaya təqdim edib. Boyukmillet.com  xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, yeni layihəyə əsasən keçmiş SSRİ vətəndaşları, onların övladları, könüllü köçürmə proqarmında iştirak edənlər, Rusiyada yaxın qohumluq əlaqələri olanlar, Rusiya imperiyası təbəələrinin varisləri vətəndaşlıq ala bilərlər. Sadələşdirilmiş qaydalar 20 kateqoriya şəxsə şamil edilə bilər.

Read More »