Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Volodimir Zelenski: “Rusiya Ukraynada dayanmayacaq”

“Rusiya Ukraynada dayanmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb. “Bunu bütün sivil dünya anlayır. Ona görə də onlar düşmənə qarşı mübarizə aparmaqda bizə kömək edirlər. Sivil dünyada Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıc olduğunu anlamayan adam, demək olar, qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün mərkəzi və şərqini parçalamaqdır. Bu, …

Read More »

Azərbaycan və Rusiya Xəzərlə bağlı məsləhətləşmələr aparıb

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib. Boyukmillet.com xəbər verir ki, məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi …

Read More »

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiyanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş aprelin 28-də Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr …

Read More »

Rövşən Rüstəmov: “Göygöldəki hadisə infeksion xəstəliklə əlaqədardır”

“Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında ciddi infeksion xəstəliyin yayıldığını açıqlayıb. Hesab edirik ki, bu, həmin virusla əlaqədardır”. Bunları “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vitse-prezidenti Rövşən Rüstəmov Göygöl Olimpiya Komleksində 15 yeniyetmə cüdoçunun səhhətində problemin yaranması barədə danışarkən deyib. Onun sözlərinə görə, uşaqların həmin hadisədən sonra məşqlərə davam etmələri sarıdan heç bir çətinlikləri yoxdur və hər şey yüksək səviyyədədir. …

Read More »

Serj Sarkisyanın tərəfdarları İrəvanın mərkəzində yürüş keçirir

Ermənistan sabiq prezidenti Serj Sarkisyanın sədri olduğu Respublika Partiyası İrəvanın mərkəzində “Stop Nikol!” şüarı altında yürüş keçirib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar “Satqın Nikol” və “Türksüz Ermənistan” şüarları səsləndiriblər. Etirazçılar bütün sakinləri aksiyaya qoşulmağa çağırıblar.

Read More »

Qəbələdə 23 yaşlı qız tüfəngdən atəş açaraq intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Aysun Valeh qızı Ədilova yaşadığı ünvanda təklüləli ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib. 23 yaşlı A.Ədilovanın hansı səbəbdən özünü öldürməsi məlum deyil.

Read More »

Şuşada “Qarabağ atları” sərgisi açılıb

Bu gün Şuşada latviyalı rəssam Daçe Strausanın “Qarabağ atları” adlı sərgisi açılıb. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycana rəsmi səfər edən Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də iştirak edib. “Nəinki Şuşada, həm də bu sərgidə olmağıma şadam. At dostluğun, azadlığın, müdrikliyin rəmzidir. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən …

Read More »

Çingiz İsmayılov Moskvada dünyasını dəyişib

MDB Nəqliyyat Əlaqələndirmə Müşavirəsi icraiyyə komitəsinin sədri, Rusiya nəqliyyat nazirinin sabiq müavini Çingiz İsmayılov Moskvada vəfat edib. Boyukmillet.com xəbər verir ki, 1948-ci ildə Bakıda doğulan Ç.İsmayılov görkəmli İsmayılov-Süleymanovlar dənizçi nəslinin nümayəndəsidir. 1968-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən Çingiz İsmayılov 1975-ci ildə Odessa Ali Dənizçi Mühəndisləri Məktəbindən, 1991-ci ildə isə SSRİ Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı Akademiyasından məzun olub. 1968-1971-ci illərdə …

Read More »

Küçələrdə dilənçilik edən 450 uşaq aşkarlanıb, 75 valideyn cəzalandırılıb

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb. Sənəddə bildirilib ki, qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən …

Read More »

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub – EKSKLÜZİV

Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisə daxil olub. Boyukmillet.com-un xəbərinə görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq. Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.

Read More »