“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib. O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”. Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə …
Read More »Monthly Archives: Aprel 2022
Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib
190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq. Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi …
Read More »Ceyhun Bayramov Bolqarıstana səfərə dəvət olunub
28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin …
Read More »“ƏMİN ƏLLƏR” QAYGI- QULLUQ (BƏRPA) MƏRKƏZİ- ELAN
“ƏMİN ƏLLƏR” QAYGI- QULLUQ(BƏRPA) MƏRKƏZİ Xüsusi növ qaygıya ehtiyacı olan xəstələrinizi “Əmin Əllər” qaygı-qullug mərkəzinə yerləşdirməklə, həm özünüz tam arxayın, həm də xəstənizə xüsusi qaygı göstərildiyinə əmin ola bilərsiniz. Infarkt miakarddan sonrakı dövrdə olan xəstələr (evə yazılan);İnsultdan sonrakı dövrdə olan xəstələr (evə yazılan);Alsqeymer xəstələıri (demensiya yüngül forma);Tam və natamam ifliс xəstələri (evə yazılan);Cərrahi əməliyyatdan sonrakı dövr (evə yazılan) ;Ciddi travmatik …
Read More »Xarkov konsulluğunun dəvəti ilə TRT Ukraynada səfərdədir
Xarkov meri İqor Terekov şəhərdəki vəziyyətlə bağlı Türkiyə mətbuatına açıqlama veribAzərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun dəvəti ilə Türkiyənin mərkəzi televiziya kanalı TRT Ukraynada səfərdədir.Boyukmillet.com xəbər verir ki, kanal əməkdaşları dünən mərmi və bombardmanlardan zərər çəkmiş Axtırka və Trostyanetsdə çəkiliş aparıblar.Fəxri konsulluğun dəstəyi ilə türkiyəli jurnalistlər Xarkov meri İqor Terekovla görüşüb. O, şəhərin hazırkı durumundan danışıb, göstərdikləri köməyə görə türk və …
Read More »Ermənistandan Gürcüstana külli miqdarda qiymətli metalın qanunsuz keçirilməsinin qarşısı alınıb
Ermənistan vətəndaşı Gürcüstana gömrük nəzarətindən gizlədilmiş xüsusilə külli miqdarda qiymətli metal keçirməyə cəhd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib. “Sadaxlı” gömrük məntəqəsində həmin şəxsdən qaçaqmalçılıq yolu ilə Ermənistandan Gürcüstana keçirdiyi 631 qram polladiumdan olan məmulatlar aşkarlanıb. Məmulatların dəyəri 110 027 lari (təxminən 36 min ABŞ dolları) təşkil edib. Aşkarlanan mal müsadirə edilib.
Read More »Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək. Boyukmillet.com-un məlumatına görə, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VII turunda Karlsenlə üz-üzə gələcək. Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli …
Read More »Prezident “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,62 ABŞ dolları, yaxud 0,58 % artaraq 107,34 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 104,95 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci …
Read More »Ərdoğan Səudiyyə Ərəbistanına gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfərə gedəcək. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudla görüşəcək. İkigünlük səfər çərçivəsində tərəflər arasında qarşılıqlı əlaqələrin, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar