Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ilk növbədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib. Dövlət başçısı ötən …
Read More »Monthly Archives: Aprel 2022
Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub. Boyukmillet.com xəbər verir ki, parlamentin növbəti toplantısı mayın 5-də keçiriləcək. İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin II oxunuşda müzakirəyə çıxarılması, habelə digər layihələrin müzakirəsi gözlənilir.
Read More »Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib. DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər …
Read More »Səməd Seyidov erməni deputatları Avropa Şurasının dəyərlərinə hörmət etməyə çağırıb
“Biz danışıqlar yolu ilə humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yay sessiyası zamanı bildirib. Onun sözlərinə görə, bu gün Bakıda 30 min erməni yaşayır: “Onlar Azərbaycan vətəndaşıdırlar. Ermənistanda yaşayan azərbaycanlılar isə etnik təmizləməyə məruz qalıblar. Mən Ermənistandan …
Read More »Siyəzəndə bıçaqlanma hadisəsi baş verib
Siyəzəndə bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Zarat kəndində qeydə alınıb. Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb. Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »ABŞ-da gənc atlet intihar edib
ABŞ-dan olan atlet Sara Şultse intihar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə 21 yaşlı idmançının yaxınları açıqlama veriblər. Onlar Şultsenin psixoloji problemlərinin olduğunu bildiriblər. Gənc atlet orqanlarının donor kimi istifadəsini vəsiyyət edib. Valideynləri bununla bağlı qızlarının şərəfinə fond yaradıldığını açıqlayıb. Qeyd edək ki, Sara Şultse milli komandanın heyətində kros yarışlarında iştirak edirdi.
Read More »DİN-in qarşısında baş verən hadisə zamanı polis əməkdaşı xəsarət alıb
Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub: “Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz …
Read More »Türkiyə ordusu daha 10 terrorçunu məhv edib
Türkiyə ordusu daha 10 terrorçunu məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. PKK/YPG silahlıları “Barış Pinarı”, “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyat zonalarında zərərsizləşdirilib. Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların Türkiyə ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu bildirib.
Read More »Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşması məsələsini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib. ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə …
Read More »Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat olub
Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib. Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, tədbirdə 11 – 21 avqustda sözügedən şəhərdə idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub. 12 ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan da təmsil olunub. Tədbir iştirakçıları həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi olimpiya zalına …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar