Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Aprelin 25-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib. Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan …

Read More »

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslər təltif edilib – SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Dostluq” ordeni ilə Hisarcıklıoğlu Mustafa Rifat “Tərəqqi” medalı ilə Alısoy İbrahim Aydın oğlu Aslanov Zöhrab Vəli oğlu Babayev Abbas Qəzənfər oğlu Babayev Bəxtiyar Ağamir oğlu …

Read More »

Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi ilə görüşüb

Aprelin 25-də Baş prokuror Kamran Əliyev ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi Tereza Ribeyro ilə görüşüb. Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildiib. Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə müsbət nailiyyətlərin Azərbaycan xalqının …

Read More »

Türkiyənin milli müdafiə naziri sabah Almaniyaya gedəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya gedəcək. Boyukmillet.com xəbər verir ki, o, Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi və 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi məsləhətləşmələrdə iştirak edəcək. Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək. Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin …

Read More »

Şuşada Xarıbülbül çiçək açmağa başlayıb

Şuşada Xarıbülbül çiçək açmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı feysbukda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi səhifəsində fotolar paylaşılıb. “Əziz Şuşanın simvolu sayılan Xarıbülbül gülü artıq çiçək açmağa başlayıb”, – paylaşımda qeyd edilib.

Read More »

Prezident Ofisi: “Ukraynada Rusiyanın hücumlarına dair xüsusi tribunal yaradılacaq”

“Rusiyanın Ukraynaya qarşı hücumu ilə bağlı ən qısa müddətdə xüsusi tribunalın işə salınması üçün addımlar atılır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Andrey Smirnov deyib. “Hazırda tərəfdaş dövlətlər və beynəlxalq təşkilatlarla məsləhətləşmələr aparılır, tribunalın yaradılması və fəaliyyətinin optimal formatı müəyyənləşdirilir. Bu ideyanı Avropa və dünya ziyalıları, aparıcı beynəlxalq hüquqşünaslar, ictimai xadimlər dəstəkləyiblər. Müharibədə iştirak edən …

Read More »

NATO-ya üzv ölkələrin XİN başçılarının qeyri-rəsmi görüşü olacaq

“Berlində NATO-ya üzv ölkərlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun sözçüsü Oana Lunqesku tviter səhifəsində yazıb. “Mayın 14-15-də NATO-nun Baş katibi Yens Stoltenberqin sədrliyi ilə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Berlində qeyri-rəsmi görüşü olacaq”, – Lunqesku bildirib.

Read More »

Putin məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb

Prezident Vladimir Putin Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb. Boyukmillet.com xəbər verir ki, Putin bunu aprelin 25-də Rusiya Baş Prokurorluğunun genişləndirilmiş kollegiya iclasında bildirib. “Rusiya iqtisadiyyatında yeni reallıqda sabitlik və fasiləsiz işləmək üçün sözsüz bütün imkanlar var”, – V.Putin deyib. Onun qənaətincə, Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdi alınmayıb.

Read More »

Hulusi Akar: “Antiterror əməliyyatı nəticəsində 56 terrorçu zərərsizləşdirilib”

“Pəncə Kilid” antiterror əməliyyatı başlayandan bu gündək 56 terrorçu zərərsizləşdirilib”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqla sərhəddə əməliyyatın gedişini izləyərkən bildirib. Nazir şəhidləri yad edərək deyib: “Onların qanları yerdə qalmadı və qalmayacaq. Əməliyyatımızın uğurla başa çatması ilə birlikdə sərhədi tamamilə bağlayacağıq. Terrorçuların sərhədlərimizə girməsi mümkün olmayacaq. Fəaliyyətimiz qonşu İraqın ərazi bütövlüyünə …

Read More »

Xarkov şəhərindəki Fəxri Konsul Pasxa bayramı münasibəti ilə uşaqlarla görüşüb

Bu gün, aprelin 25-də Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Lebedin şəhər icmasından olan valideyn himayəsindən məhrum olmuş 54 uşağa hədiyələr təqdim edib. Boyukmillet.com xəbər verir ki, Lebedin merinin müavini Yelena Kireeva və Uşaq Xidmətinin rəhbəri Svetlana Dreval Ukraynaya göstərdiyi dəstəyə və lazımi köməyə görə Azərbaycan xalqına təşəkkür ediblər. Azərbaycan Ukrayna xalqını həmişə dəstəkləyib və bundan sonra da …

Read More »