Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində İctimai Şuranın 2022-ci ilin yanvar-mart ayları üzrə görülmüş işlərə dair hesabat iclası keçirilib. İclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların müvafiq dövrü əhatə edən hesabatları dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, bu ilin ikinci rübündə icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, iclası giriş sözü ilə açan …

Read More »

Rövşən Nəcəf: “Bu il Türkiyə və Avropaya 4 mlrd kubmetrdən çox Azərbaycan qazı ixrac edilib”

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara verildiyi tarixdən bu ilin aprelin 1-nə qədər 26,13 milyard kubmetr təbii qaz nəql edilib. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, cari ilin 1-ci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr …

Read More »

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan …

Read More »

Prezident: “Ermənilər müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər müharibə daha tez dayana bilərdi”

“Biz məhz Şuşanı azad edəndən sonra 8 noyabr tarixində Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək. Halbuki onlar əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının …

Read More »

Mariupolda müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1-i itkin düşüb

Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb. Bu barədə “Report”un Şərqi Avropa bürosuna Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib. Onun sözlərinə görə, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır: “Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya …

Read More »

Dövlət başçısı: “Biz Ermənistanla, himayədarları ilə, dünya erməniliyi ilə müharibə aparmışıq və qalib gəlmişik”

“Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin …

Read More »

Prezident: “Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq”

“Azərbaycan xalqı otuz il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu. Ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq işğalla barışmaq fikrində deyil”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “İlk qurultaydan sonra dəfələrlə deyirdim ki, …

Read More »

Azərbaycanda 10 manatlıq pul nişanları yenilənib

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 manatlıq pul nişanlarını yeniləyib. Boyukmillet.com bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yeni pul nişanları iyunun 22-dən tədavülə buraxılacaq. Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi …

Read More »

Azərbaycan Prezidenti: “Əminəm ki, qurultay iştirakçıları qədim Şuşaya böyük həvəslə gəliblər”

“Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı …

Read More »

Bu gün Allahverdi Bağırovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhid olmuş Allahverdi Teymur oğlu Bağırovun doğum günüdür.Boyukmillet.com xəbər verir ki, Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəs göstərib. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də “Qarabağ” …

Read More »