Bazar , 5 Aprel 2026

Monthly Archives: Aprel 2022

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və …

Read More »

Dövlət başçısı: “Azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, məscidlərimizdən azan sədaları yüksəlir”

“Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir”. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində əksini tapıb. “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz …

Read More »

Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub

Bakıda 26 hərbçiyə qarşı dələduzluq edən həkim həbs olunub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində …

Read More »

Prezident: “Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik”

“Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib. Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı …

Read More »

Türkiyənin Azərbaycandakı səfiri Qarabağda olub

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qarabağa gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb. “Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycandakı diplomatik missiyalar üçün təşkil etdiyi Ağdam səfərinə qatıldıq. Beləliklə, işğal vaxtlarındakı təxribatlar və zəfərdən sonrakı yenidənqurma işləri ilə ağlı məlumat aldıq”, – paylaşımda bildirilib.

Read More »

Ceyhun Bayramov: “Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq”

“Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib. “Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük” – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil: “Müəyyən …

Read More »

İlham Əliyev: “Qarabağın yaşıl enerjinin inkişafı üçün əhəmiyyətli potensialı var”

“İlkin məlumata görə, azad edilən ərazidə 9 200 meqavatt günəş və külək enerjisi potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib. “Artıq 20 meqavatlıq stansiya istifadəyə verilib, bu il daha 25 meqavatlıq stansiya istifadəyə veriləcək, amma bunlar yalnız su elektrik stansiyalarıdır, burada hidroenergetikanın daha böyük potensialı …

Read More »

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, parlamentin mayın 5-də keçiriləcək iclasının gündəliyinə 20 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında. 2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası …

Read More »

Azərbaycan voleybol yığması Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi mayın 20-də Kosovoda start götürəcək Avropa çempionatının II təsnifat mərhələsi üçün təlim-məşq toplanışına başlayıb. Federasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, üç gün davam edəcək yarışın hazırlıq prosesinə 14 voleybolçu cəlb olunub. Toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər. Bakıda təşkil olunan təlim-məşq toplanışı …

Read More »

Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsinin tam mətni açıqlanıb

Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsinin tam mətni açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Qətnamə Dünya Azərbaycanlılarının V Qurultayında qəbul olunub. Qətnamədə deyilir: “Biz – dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təmsil edən Qurultay nümayəndələri Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycan Respublikasının mədəniyyət paytaxtında çağırılmasından məmnunluq duyuruq. Bu yüksək forumun Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Şuşa şəhərində keçirilməsi qərarı özlüyündə dünya azərbaycanlılarının hər birinin …

Read More »