Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının görüşü çox tezliklə keçiriləcək.
Read More »Monthly Archives: Aprel 2022
Prezident: “Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır”
Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri bizim milli maraqlarımıza və maksimum səviyyədə nailiyyətlərə əsaslanır. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. “Biz regionumuzda təhlükəsizlik və əməkdaşlıq barəsində bu günümüzün və gələcəyimizin ayrılmaz bir hissəsi kimi düşünməliyik. Çünki təhlükəsizlik olmadan əməkdaşlıq, iqtisadi faydalar olmayacaq. Azərbaycanın …
Read More »Dövlət başçısı: “Zəngilan hava limanı bu il, Laçın aeroportu isə 2024-cü ildə istifadəyə veriləcək”
Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı qeyd edib ki, Zəngilan hava limanı bu il, Laçın hava limanı isə yəqin ki, 2024-cü ildə istifadəyə veriləcək.
Read More »Azərbaycan və Fələstin liderləri arasında məktub mübadiləsi olub
Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə, Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağa şadam. …
Read More »Prezident: “Sülh razılaşması imzalansa və baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq”
“Biz aktiv şəkildə Cənubi Qafqazda yeni eranı müdafiə edirdik. Sülh və əməkdaşlıq erası. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. “Hökumət Azərbaycanın irəli sürdüyü Ermənistanla sülh razılaşmasının təməli olacaq 5 baza prinsipini qəbul etdi. Eyni …
Read More »Azərbaycan neftinin qiyməti 110 dolları keçib
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,83 ABŞ dolları və ya 2,64% artaraq 110,17 dollar təşkil edib.
Read More »“Azərsun Sənaye Parkı”na dəyən ziyanı sığorta qarşılayacaq – EKSKLÜZİV
“Azərsun Sənaye Parkı”nda ötən gün baş verən yanğında dəymiş ziyana görə sığorta ödənişi veriləcək. Bu barədə Ecomics”ə “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib. Şəfəq Nəcəfovanın sözlərinə görə, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub: “Ziyan dəymiş anbarlar həm daşınmaz əmlakın icbari sığortası, həm də daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə …
Read More »Prezident: “Düşünürəm ki, Şuşaya səfəriniz həm də orada törədilmiş dağıntıları görmək baxımından əhəmiyyətli idi”
Biz ötən ilin aprelində görüşmüşdük və münaqişədən sonrakı vəziyyətlə bağlı geniş məsələləri müzakirə etmişdik. Əlbəttə ki, bu ənənəvi görüşün keçirilməsi bizim üçün çox vacibdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Read More »Zakir Həsənov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin …
Read More »Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini bərpa edib
29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. XİN-dən verilən xəbərə görə, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir: Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək: Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24 Telefon: +380 44 484 69 40 Faks: +380 44 484 69 32 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar