Bəşəriyyətin dünya müharibəsi ərəfəsində olduğu bir məqamda Avropa Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib addımlar atır. Bu isə Cənubi Qafqazdakı sabitliyin dünya təhlükəsizlik sistemi üçün kifayət qədər mühüm əhəmiyyətə malik olduğunu göstərir. Hesab edirəm ki, bu gərgin vaxtda Avropanın siyasi paytaxtı Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünün keçirilməsi həm də mühüm gözləntilərin olması baxımından reallaşıb. Boyukmillet.com …
Read More »Monthly Archives: Aprel 2022
Britaniya kəşfiyyatı: “Rusiyanın artilleriya və hava zərbələri Donbas xətti boyunca davam edir”
“Ukraynanın şərqindəki hücum əməliyyatları Rusiya hərbi qüvvələrinin əsas diqqət mərkəzindədir. Rusiya artilleriya və hava zərbələri Donbasda nəzarət xətti boyunca davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb. “Rusiyanın Ukrayna daxili ərazilərində infrastruktur hədəflərinə zərbələr endirməsi, çox güman ki, Ukrayna ordusunun yenidən təchizat vermək qabiliyyətini aşağı salmaq və Ukrayna hökumətinə təzyiqi artırmaq məqsədi daşıyır. …
Read More »XİN: “Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”
Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib. “Bu gün Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İsrailin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İsrail arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib. Today …
Read More »Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Azərbaycan XİN: “Brüssel görüşü bölgənin gələcək sülh və əmin-amanlığı üçün növbəti önəmli addımdır”
Azərbaycan Xarici İşlər Naziriliyi Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik …
Read More »Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan …
Read More »Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.04.2022)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,2 % artaraq 1,8555 manat, Rusiya rublunun məzənnəsi isə 2,5 % artaraq 0,0208 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro1,85551 Rusiya rublu0,02081 Avstraliya dolları1,27171 Argentina pesosu0,01521 Belarus rublu0,61861 Braziliya rialı0,36041 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1157100 Cənubi Koreya …
Read More »Bayden Rusiyaya qarşı yeni sanksiyalar barədə fərmanı imzalayıb
ABŞ Prezidenti Cozef Bayden Rusiya iqtisadiyyatına yeni sərmayələrin qoyulmasını, habelə bu ölkədə bəzi şəxslərə bir sıra xidmətlərin göstərilməsini qadağan edən fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb. Fərman birbaşa və ya dolayı yolla ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarının hər hansı bir şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, istənilən kateqoriya xidmətlərin …
Read More »Ukrayna Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir. Bu, Ukrayna ordusu bölmələrinin hücumu nəticəsində baş verib. …
Read More »Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsinin hazırlanması barədə razılığa gəliblər
Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanatında deyilir. “Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar