Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Mehriban Əliyeva Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Erməni terrorizminə son! Стоп армянскому терроризму! Stop Armenian terrorism!” https://www.instagram.com/reel/Cj0DSudOjYP/?igshid=NDc0ODY0MjQ=

Read More »

Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Read More »

Elçin Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib

Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Elçin Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Read More »

Azərbaycanın BƏƏ-dəki səfiri dəyişdirilib

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, E.Bağırov bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi …

Read More »

Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb

“1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin vəzifəsidir”. Bunu “Report”un Türkiyə bürosunun əməkdaşının sualına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, ölkələr Azərbaycan səfirliklərinə hücumların qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.

Read More »

Vətən müharibəsi dövründə ermənilərin dağıtmaq istədiyi mühüm obyektlərin adları açıqlanıb – SİYAHI

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib. O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə …

Read More »

Ceyhun Bayramov bölgədəki son durumla bağlı türkiyəli həmkarını məlumatlandırıb

“Qardaşım Ceyhun Bayramov regiondakı son durum barədə bizi məlumatlandırdı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bugünkü iclasda bir çox regionda, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Read More »

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində edilən paylaşımda bildirilib. Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Read More »

Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq. Boyukmillet.com-un xəbərinə görə, toplantıda dini liderlərin Birgə Bəyanatı qəbul ediləcək. Daha sonra isə dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Read More »

Türkiyə səfiri: “Üç gün sonra Prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək”

“Üç gün sonra cənab Prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. “Biz də bunun həyəcanını yaşayırıq”, – səfir əlavə edib. Diplomat Gəncə terroru nəticəsində şəhid olan şəxslərin ailə üzvlərinə növbəti dəfə başsağlığı verib.

Read More »