Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycan MN: “Ermənistan sərhədə əlavə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir”

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More »

Avropa İttifaqı Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yazılıb. Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: “Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”. Mülki …

Read More »

Bu həftə Azərbaycanda TDT dini liderlərinin görüşü keçiriləcək

Bu həftə Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin üçüncü görüşü keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, Azərbaycan oktyabrın 19-21-də Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı …

Read More »

Dünya azərbaycanlıları Ermənistanın şəhərlərimizi bombalamasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Gəncə, Bərdə, Tərtər, Naftalan və digər Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanat müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanıb. Bəyanatda deyilir: “Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar 27 sentyabr-10 …

Read More »

İstanbulda “Zəfər Media” medalları təqdim edildi – FOTO

İstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə “Zəfər Media” medalları təqdim olunub. Azərbaycan və Türkiyə Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan …

Read More »

QHT rəhbəri “Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi” layihəsini həyata keçirib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik Qrant müsabiqəsinin qalibi “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin ” Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi ” layihəsi davam etdirilir.Layihənin əsas məqsədi protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsi əlillərinə istifadə qaydalarını çatdırmaq və yanan problemlərin aradan qaldırılması üçün lazımı tibbi tədbirlərin vaxtında görülməsini …

Read More »

Azərbaycan XİN Gəncə terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

“Dünyanı Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin dinc mülki əhalinə qarşı iyrənc hücumundan 2 il ötür. 2 years pass since the heinous #attack of Armenian forces on peaceful #civilians of #GanjaCity. In this violent attack, …

Read More »

MN: “Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması məlumatı tamamilə yalandır”

“Oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. “Yayılan məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Read More »

XİN ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı etdiyi vandallıq aktlarını pisləyib

“Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı …

Read More »

Avropa İttifaqı bu gün Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiq edəcək

Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi, oktyabrın 17-də Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəklərini bildirib. Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları məlum deyil: “Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin …

Read More »