Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

Azərbaycandakı hərbi attaşelər Gəncədə erməni terrorunun qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, attaşelər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər. Şəhid olan mülki əhalinin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə gül düzüblər. Attaşelər Gəncədə törədilən terror hadisələri ilə bağlı məlumatlandırılıblar.

Read More »

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib. Müzakirə olunacaq məsələlər aşağıdakılardır: “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)Cinayət …

Read More »

Ceyhun Bayramov: “Sonuncu üçtərəfli görüşdən sonra əhəmiyyətli sayda təmaslar baş tutub”

“Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə deyib. Rusiya XİN başçısı Sergey Lavrov isə söyləyib ki, Rusiya tərəfinin məsləhətçi köməyi ilə Azərbaycan və …

Read More »

Cəsarət Hüseynzadə: QHT-nin keçirdiyi tədbirdə yeni və orginal bir fikir səslənmirsə, media o tədbirdən nə yazsın?

Dövlət və qeyri-dövlət qurumları, o cümlədən şirkətlər hər zaman media ilə əməkdaşlığa can atır, münasibətləri pozmamağa çalışır, xüsusilə də barələrində müsbət xəbərlər yazılmasına çalışırlar. Təbii ki, bu, heç də asan başa gəlmir və istəklər heç də hər zaman həya keçmir. Bir çox hallarda media dövlət və qeyri-dövlət təşkilatlarına tənqidi münasibət bəsləyirlər. QHT-lər də zaman-zaman medianın hədəfinə çevrilirlər. Başqa sözlə desək, …

Read More »

Qrant müsabiqəsində qalibləri seçərkən kimlərə üstünlük verilir? – MÜSAHİBƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələr Departamentinin müdiri Elnur Bağırlının SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Agentliyin fəaliyyəti haqqında məlumat verə bilərsinizmi? Agentlik QHT-lərə hansı dəstəyi göstərir? – Çox sağ olun. Agentlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı 2021-ci il 19 aprel tarixində yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq …

Read More »

Astanada MDB Dövlət Başçıları Şurasının toplantısı keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin …

Read More »

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: “Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Oktyabrın 13-ü saat 15:15-dən saat 15:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »