Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2022

PKK-nın rəhbər şəxsi Suriyada tutularaq Türkiyəyə gətirilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın şimalında, Sinvar ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Çekdar Kaya ələ keçirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı MİT yayıb. Terrorçu Türkiyəyə gətirilib. Ç.Kaya qruplaşmanın lojistika üzrə məsul şəxsi olub.

Read More »

Ukrayna rəhbərliyi: “Rusiyanın gücü ancaq mülki əhaliyə çatır”

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov və Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak ölkənin paytaxtı Kiyev şəhərində baş vermiş partlayışlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, müdafiə naziri tviterdə yazıb ki, bu, Ukrayna xalqının cəsarətinə mane olmayacaq. “Həmçinin müttəfiqlərimizin qətiyyəti də sarsılmayacaq. Qarşı tərəf ancaq öz ölkəsinin gələcəyini sarsıdır”, – O.Reznikov vurğulayıb. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə …

Read More »

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar AŞPA-nın payız sessiyasında müzakirə olunacaq

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır. Boyukmillet.com AŞPA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək. Sessiya çərçivəsində oktyabrın 13-də Ukrayna …

Read More »

Bu gün BMT Baş Assambleyası Rusiyaya qarşı qətnaməni müzakirəyə çıxaracaq

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynanın işğal olunmuş dörd vilayətinin ilhaqını pisləyən qətnamə layihəsini müzakirəyə çıxaracaq. Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, qətnamədə bütün dövlətlər və beynəlxalq təşkilatlar Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımamağa çağırılır. Eyni zamanda, Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması tələb olunur. Qətnamə layihəsini, ABŞ və Albaniya hazırlayıb. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında …

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən …

Read More »

Moldovanın Baş naziri Azərbaycana səfərə gəlib

Moldovanın Baş naziri Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Natalya Qavrilitsanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

MKİ rəhbərinin müavini Qətərdə taliblərlə görüşüb

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri Qətərin paytaxtı Doha şəhərində radikal “Taliban” hərəkatının üzvləri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə iki məmura istinadən “CNN” məlumat yayıb. Qeyd olunub ki, Amerika nümayəndə heyətinə, xüsusən də Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen və Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Uest daxil olub. “Taliban”lara isə kəşfiyyat agentliyinin rəhbəri Molla Əbdül Haq Vasik …

Read More »

Ermənistan ordusunda 12,6 min nəfərə qarşı cinayət işi başlanıb

Ermənistanın İstintaq Komitəsi Silahlı Qüvvələrdə xidmət aparan təxminən 12 600 nəfərə qarşı 1 600-ə yaxın cinayət işi açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan bildirib. O, Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət keçmə qaydası əleyhinə cinayətlər və hərbi əməliyyatlarla bağlı digər cinayətlərlə bağlı başlanmış cinayət işləri ilə bağlı məlumatları təqdim edib. Bu işlər çərçivəsində 883 …

Read More »

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib. Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə (44 kq) estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Z.Həsənzadə üçüncü yerlə kifayətlənib.

Read More »

Vətən müharibəsi şəhidlərinə həsr olunan kitabın təqdimatı keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Vətən fədailəri: İmişli şəhidləri” kitabının təqdimat mərasimi keçirilib. Müdafiə Nazirliyinin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, din xadimlərinin iştirak etdiyi tədbirdə Vətən müharibəsində qazanılan qələbənin tariximizdə mühüm yer tutduğu, bu zəfərin əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcəyi bildirilib. Qeyd olunub ki, Vətən uğrunda canından …

Read More »